2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Günümüzün ən ciddi problemi suvarma və içməli suyla bağlıdır”

5 iyun tarixi hər il bütün dünyada “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunur. Bu təqvim eləcə də təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi barədə bir hesabat təqvimidir. Görəsən, Azərbaycanda ekoloji baxımdan hansı məsələlər daha aktualdır?
Ekologiya sahəsi üzrə tanınmış mütəxəssis Telman Zeynalov deyir ki, günümüzün ən ciddi problemi suvarma və içməli suyla bağlıdır. Ekoloq içməli suyun israfçılığını yolverilməz sayır. O, suyun təmizlənərək təkrar emal edilməsini vacib hesab edir: “Su istifadədən sonra çaylara və göllərə axıdılaraq onları çirkləndirməməlidir. Suyu təmizləyəndən sonra təkrar emala qaytarmaq lazımdır. Nəticədə su qıtlığı da olmaz. Bu məsələ hazırda qarşıda qoyulan ən aktual məsələdir. İkinci əsas məsələ tullantıların idarə olunmasıdır. Buna nail olsaq, təbiət, canlılar da saglam qalacaq. Üçüncü məsələ isə meşələrin, yaşıllıqların qorunmasıdır. Bu üç problem hazırda Azərbaycanın ən aktual problemidir ki, ekologiyanın qorunması istiqamətində təxirəsalınmadan həllini gözləyir”.

Nigar

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button