2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Günün fotosu: deputatların bu fotosunda kim kimdir?

Bu foto Feysbuk sosial şəbəkəsində paylaşılıb. Şəkildə gördükləriniz Milli Məclisin deputatlarıdır. 24saat.org xəbər verir ki, onlar – Adil Əliyev, Ülvi Quliyev, Fuad Muradov və Rövşən Rzayevdir.

Başlayaq Ülvi Quliyevdən. Adıçəkilən deputat ağıla gələn kimi elə onun biznes fəaliyyəti ağıza gəlir. Çılpaq həqiqətdir ki, parlament biznesmen və siyasi deputatlar kateqoriyalarına bölünüb. Məsələn, kimsə Zahid Orucun yaxud Fazil Mustafanın biznesmen kimi tanımır. Ü.Quliyev isə apteklər şəbəkəsinə sahib olan millət vəkilidir. Həmçinin, illərdir məlumdur ki “Qala” restoranı deputat məxsusdur. Ülvi bəy həm də Avropa və dünya çempionu, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Amma fotoda idmana bağlılığı olan tək deputat Quliyev deyil.

Keçirik Rövşən Rzayev. Rzayev daha çox ABŞ-a qarşı sanksiya tətbiq etmək barədə qanun layihəsi hazırlamaq təklifi ilə gündəmə gəlib. Deputat supergüc dövləti əzmək istəyirmiş. Prezident İlham Əliyevin martda ABŞ-da dövlət katibi Con Kerri ilə görüşündən sonra millət vəkilinin “Ağ ev”ə sanksiya təşəbbüsü də arxivə göndərildi.

Saytların yığılması Saytlarin yigilmasi

Adil Əliyev Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşı, Kikboksinq Federasiyasının prezidentidir. Onu sosial şəbəkələrdə aktiv, mətbuata açıq deputat kimi xarakterizə etmək olar. A.Əliyev həm də qohumu olan idmançı İsa Əzizovun əvvəlcə barda qızları, sonra yanacaqdoldurma məntəqəsində işçini döyməsi ilə gündəmə gəlmişdi. Deputat isə İsanın uzaq qohum olduğunu və hərəkətini pislədiyini açıqlamışdı. Amma çox çəkmədi ki, iki dəfə cinayət törətmiş gənc qısa vaxtda azadlığ buraxıldı.

Nəhayət, bu dördlükdəki fotoda ən gənc və perespektivsiz deputat Fuad Muradovdur. Onun adı müxtəlif zamanlarda hakimiyyətin ən önəmli klanından birinin təmailçi olmaqda çəkilib. Gənc millət vəkilinin Bakı-Şirvan klanına yaxın olduğu iddia edilib. Onun xanımının prezidentin qızı Leyla Əliyeva ilə rəfiqə olduğu deyilir. Fuad Muradov təmkinli və sakit təbitəli deputat kimi yadda qalıb. Amma onun keçmiş həmkarı Ceyhun Osmanlı ilə münasibətlərinin yaxşı olmadığı da söylənib. Beləliklə, Azərbaycan seçicisi və ictimaiyyəti şəkildəki 4 deputatı yuxarıda qeyd olunan məqamlarla bağlı daha çox xatirində saxlayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button