2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Günün qoroskopu: Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır

Qoç – təlaş, narahatlıq, əməl və fəaliyyətdə bədgümanlıq hissləri yarana bilər. Yaxın ətrafınızdakı insanlardan birinin əməlləri sizi narazı salacaq.

Kənar şərtlər və yaşananların zahiri görüntüləri olayların mənzərəsini dəyişərək stress yarada bilər.
Hadisələrin ritmi, kənar təsirlərin intensivliyi dəyişəcək.

Çoxdan bəri tanıdığınız insanlara yenilən bələd olacaqsınız.
Alınan xəbərlər və yaranan problemləri ciddi təhlil edin.
Hər şey göründüyü qədər pis deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonrakı fəaliyyət planı cari yeniliklər və dəyişiklikləri nəzərə alaraq yeniləyin, düşünün. Fəaliyyətdən imtina etməyin, münasibətlərdə sərinlik yaratmayın.

Buğa – günün fon gərginliyi spontan addımlar, gözlənilməz reaksiya və düşünülməmiş etiraflar yarada bilər. Mühüm iş, önəmli layihəni planlaşdırmayın.

Situasiyalar gözlənilməyən məcrada inkişaf edərək əvvəlcədən hazırlanmış planları alt-üst edə bilər.
Təmkinli, soyuqqanlı olun, hövsələsizlik etməyin.

Maraqlandığınız iş, proses və ya insan barədə mümkün qədər çox məlumat toplayın.
Yolda, elektron avadanlıq, kompüter texnikası ilə çalışarkən ehtiyatlı olun.
Yeni mövzu və ya insan diqqət mərkəzində ola bilər.

İntuisiyanıza qulaq verin. O, sizə necə hərəkət etmək gərəkdiyini bildirəcək.

Əkizlər – planlaşdırılmamış görüş, nəzərdə tutulmamış danışıqlar, mühüm məsələnin spontan müzakirəsi günüdür. Yaşananlar şok effekti yarada bilər, amma istənilən halda sizi narahat edən suallara səmimi, emosional cavab alacaqsınız.

Yaxşı tanıdığınızı düşündüyünüz insana yenidən bələd olacaq, bildiyiniz hadisələrin məzmununa yenidən agah olacaqsınız. Dostların adi şəraitdə izhar olmayan xüsusiyyət və məcazları stress vəziyyətdə tam aşkarlanacaq.

Ehtiyatlı, sayıq olun.
Riskli planlar, tədbirlərdən, səfərdən, təmirdən, məişət texnikası almaqdan imtina edin.
Nəzərdə tutulmamış xərclər və ideyalar, maliyyə məsələləri ilə bağlı istəklər ola bilər.

Həmin ideyalarla istəkləri reallaşdırmağa tələsməyin.

Xərçəng – gözlənilməz hadisə, qəfil açıqlama, paradoks günüdür. Heç bir mühüm plan qurmayın, çünki belə plan mütləq şəkildə pozulacaq. Sükan arxasında, nəqliyyatda, yolda ehtiyatlı olun.

Təmir işləri aparmayın, ailədə münasibətləri aydınlaşdırmağa çalışmayın, kollektivdə mübahisə etməyin.
Ən mühüm situsiyanın məzmunu ilə yanaşı, yaşama münasibət belə, dəyişə bilər.
Hər şey plan üzrə, ənənəvi axarı üzrə getməyəcək. Şəraiti istədiyiniz məcrada çözmək üçün qətiyyətli davranmalısınız.

Hisslər və münasibətlər üçün mürəkkəb gündür.
Münaqişə, mübahisə, süjetin arzuolunmaz inkişafı mümkündür. Sirr saxlamaq istədiyiniz məqam faş olur.
Cari məqsədə doğru gözlənilməz sayıla biləcək şərtlər vasitəsilə hərəkət edin.
Heç nəyi mürəkkəbləşdirməyin, axınla hərəkət edin.

Şir – ünsiyyət, informasiya axtarışı, dəvət alınan tədbirlərə qatılmaq zamanıdır. Yeni hisslər emosiyalar baqajını zənginləşdirə bilər.

Bu gün hansısa mühüm və ya çox önəmli hadisənin baş verməsi şansı azdır. Müəyyən məsələ istədiyiniz kimi olmayacaq, məcrasından çıxacaq. İnformasiya alınması və xəbərlərin əldə edilməsi kanallarını genişləndirin.

Təklif və dəvətlərdən imtina etməyin. Yeni problemlər yaratmamaq üçün ehtiyatlı, sayıq olun.
Qarşılıqlı səmimiyyət üçün səbəb yaranarsa, sevdiyiniz insan və onun niyyətləri barədə əlavə bilgilər əldə edə bilərsiniz.

Effekt şok hissi yarada bilər, amma onun xeyri var. Hissləriniz rövnəqlənəcək, təmizlənəcək.
Münasibətlər müstəvisində qayda yaradın, yeni təcrübəni qəbul etməyə hazırlaşın.

Qız – mühüm olayların yaşana biləcəyi gündür. Enerji qıtlığı, qəflətən yorulma, daxili durumda geriləmə, işə və ya insana münasibətin dəyişməsi istisna deyil.

Situasiya və xəbərləri izləyin, hisslərinizi nəzarətdə saxlayın.
Hisslər, ailə münasibətləri, sevdiyiniz insanla təmaslarda həssas, səmimi, mehriban olun.

Başqalarının əməllərinə görə hirsinizi sevdiyiniz insanlardan çıxmayın.
Şəxsi münasibətlər müstəvisində hisslərin etibarlılığı və sevdiyiniz insana etimad sınağa çəkilə bilər.

Sərt davranmayın, əks təqdirdə sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz.
İndiyədək cavab aradığınız suallar aydınlaşır, yaradıcı potensial yüksəlir.

Evdə qaydaya riayətə diqqət edin. Axşam saatlarında istirahət edin.

Tərəzi – ruh yüksəkliyi günüdür. Lakin intellektual və emosional enerjini bədxərcliklə sərf etməyin. Əlçatmaz məqsədlərə çatmağa can atmayın.

Mövqelərin itirilməsi, hesabda yanlışlıq, məğlubiyyət istisna deyil. Yaxın perspektivə və qısa müddətə hesablanmış işlərdə uğur əldə etmək şansları çoxdur.

Qətiyyətli, cəsur olun. Hansısa məsələ sizi qayğılandırırsa, amma həmin mövzunu inkişaf etdirmək üçün özünüzdə yetərincə qətiyyət hiss etmirsinizsə, ambisiyalardan əl çəkin.
Belə olarsa, fərqli istiqamətdə irəliləyiş başlayacaq.

Ən müxtəlif hadisələr baş verə bilər. Olayların sürəti çoxdur.
Şəxsi münasibətlər müstəvisində hisslər və emosiyalara inanın.

Əqrəb – hadisələrin məcrası dağınıqdır. Hiss olunacaq dərəcədə xaos var. Qarışıq situasiyada istiqaməti mümkün qədər sürətlə müəyyələşdirərək konkret və effektiv addımlar atmağa çalışın.

Yaşananları diqqətlə müşahidə edin, ətrafdakı insanların reaksiyalarına diqqət verin.
Həmişəki durumlardan fərqli olaraq, mövqeləriniz indi səbatlı və güclü deyil.

Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş tutmayacaq planlar, puç xülyalardan qurtulun və rasionalist olun.

Yeni orientirləri hissiyatınıza inanaraq seçin.
İndi əsas məsələ tərəfdaşlıqda nizam yaratmaq, köhnə münasibətlərdəki mikroiqlimi bərpa etməkdir.

Axşam saatlarında yaxşıca dincəlin ki, sabah yeni, ambisioz planı gerçəkləşdirə biləsiniz.

Oxatan – rasionalizm və stabilliyi qorumaq istəyi ilə atılan addımlar bu gün daha effektiv olmalıdır. Məntiqli davranın, emosiyalara uymayın.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kobud və hiyləgər olmayın. Qəfil xəbərlər və dəyişikliklərin sürəti böyükdür. Praqmat olun, hisslərə qapılmayın.

Ardıcıllığı pozmayın, çünki hadisələr axarının süni şəkildə dəyişməsi işlərinizin xeyrinə deyil.
Yaşamı tədqiq edin, məhz sizə gərəkli nəsnələrə çatmağa, onları əldə etməyə çalışın.

Oğlaq – gərginlik hiss olunan bütün sahələrin qaydaya salınması, nizamlanması vaxtıdır. Hadisələr sizi ətalətdən çıxaracaq, bəlli məqamlar aydınlaşacaq.

Şəxsi münasibətlərdə problemlər ola bilər. Səmimi olun, qarşılıqlı anlaşmanın yeni səviyyəsinə yüksəlin. Hadisələrin axarına qatılmayın, müdaxilədən çəkinin.

Qarşılıqlı etibarı bir qədər sonra bərpa etmək olar. Dəyərləndirin, təhlil edin: bütün bunlar xeyrinizə olan məqamlardır. Sizi maraqlandıran xəbərin axtarışına çıxın. Perspektivdə gərəkli olan faydalı və ya gərəkli ünsürün tapılması istisna deyil.

Hətta ən qısa məsafəyə səyahəti təxirə salın.

Dolça – emosional durumunuz və davranışınız yaxın ətrafınızdakı insanlara da təsir edir. Hansısa yeni mövzu həyatınıza qəflətən müdaxilə edəcək.

Yeni maraq, istək yaranacaq. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Günün energetikası yeni əlaqələr və təmaslar üçün əlverişlidir. Həmin təmaslar sizə çoxdan cavab aradığınız sualları aydınlaşdıracaq, perspektivlərin ilkin konturlarını göstərəcək.

Sürətli və çevik davranın, amma emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. Mühüm məsələlərdən birində mövqeyinizin dəyişikliklərə uğaraması qaçılmazdır.

Önəmli qərar qəbul etməyin, vəd verməyin.
İmpulsiv davranaraq ağır, geniş miqyaslı işə başlamayın. Əziyyət çəkə bilərsiniz.

Balıqlar – xırdalıqlar ciddi çətinliklər yarada bilər. İşlərin rəvan gedişatını qəfil xəbərlər və gərginlik, həyəcan və hisslər, yaxın ətrafınızdakı insanların emosiyaları narahatlıqlar yaradaraq poza bilər.

Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır.
Düşünülməmiş addımlar atmayın, emosional davranmayın, riskli qərarlar qəbul etməyin.

İlk baxışdan parlaq və cazibədar təsir bağışlayan məsələlər sonradan əsl mahiyyətini aşkarlaya bilər. Çoxdankı təlaşın sonucu stress ola bilər.

Sürətlə irəliləmək istəyi yaranır. Lakin ideya və təkliflərin dəyərləndirilməsini təxirə salın. Baş verənlərin ciddi təhlil və araşdırılmağa ehtiyacı var.

Günün ikinci yarısında bir sıra məsələlərə aydıqlıq gələcək. Proses intellektual baxımdan sürətli olacaq. Şərtlər əlverişli, şərait yaxşıdır.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button