2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Ulduz falı

Günün qoroskopu:emosional durumunz ətrafınızdakı insanlara təsir edir

Qoç – dinamik və hadisələrin sürətlə inkişaf edəcəyi bir gündür. Rəqabət və ya işgüzar münasibətlərə şəxsi məsələlərin qarışması ambisiyalarınızla maliyyə gözləntilərinizə təsir edə bilər. Güclü narazılıq impulsu istisna deyil. Münasibətlərdə kompromiss tapmaq, ziddiyyət və ambisiyaları çözmək, hissləri sakitləşdirmək asan deyil. Arzuladığınız nəsnənin əlçatmaz olduğunu anlayanda yeni orientirlər seçin.

Buğa – Dəyişikliklər üçün əlverişli gündür. Aktivliyiniz yeniliklərə rəvac verməli, köhnə yeni ilə əvəzlənməlidir. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında qonaq qəbul etmək, yaxud da qonaq getmək olar. Tək qalmayın. Yarımçıq işləri sabah başa çatdırmaq olar.

Saytların yığılması Saytlarin yigilmasi

Əkizlər – emosional durumunz ətrafınızdakı insanlara təsir edir. Yaşamınıza yeni mövzu daxil olur, yeni maraq, fəaliyyət sahəsi peyda olur. Narahatlıq və ya qayğı varsa, onun səbəbini anlamağa çalışın. Mühüm cavablar alaraq perspektivləri anlaya biləcəyiniz əlaqələrə günün energetikası rəvac verəcək. Problemi çözmək üçün sürətli, ayıq, amma soyuqqanlı olun.
Xərçəng – aktiv, hadisələrlə zəngin gündür. Yaradıcılıq imkanlarınızı inkişaf etdirin, parlaq və güclü təəssüratlarınızı fəaliyyətinizin xeyrinə çevirin. Səfər, gəzinti, dəvətli tədbir və toplantı xoş hisslər, müsbət emosiyalar yarada bilər.

Xərçəng  – ehtiyatıl olun, sərvaxt davranın. Maliyyə çətinlikləri, itkilər istisna deyil. Yaxınlarınız sizi dəstəkləməyə çalışır, yaxşı məsləhətlər verirlər. Yalnız öz fikirlərinizi həqiqət saymayın. Sükan arxasında həddən ziyadə diqqətli olun.

Şir – Emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. “Bu mənə lazımdırmı?” sualına cavab tapmadığınız işlə məşğul olmayın. Mühüm məsələlərdən birində artıq səhər yön dəyişməsi və istiqamətin fərqli vəziyyət alması istisna deyil. Şəxsi münasibətlərdə çətin dövrdür. Hirs, düşünülməmiş deyilən sözlər və acıqlı davranış gözləntinin vaxtının uzandığı münasibəti darmadağın edə bilər.

Qız –  Sizi maraqlandıran hadisələrin mərkəzində olun, mühüm olayı nəzərdən qaçırmayın.
Konkret planlar qurmayın. Gərginlikdən, narahat gözləntidən qurtulun. Yaşamın özündən proses təki həzz alın, həyat arealınızı tədqiq edin. Öz dalğanızda olun, kimsənin qarşısında əyilməyin, zalımın önündən geri çəkilməyin.

Tərəzi – Ciddi hisslər yarada biləcək tanışlıq yaşana bilər. Perspektivi olmaya işə başlayaraq vaxt itkisinə yol verməyin. Günün ikinci yarısında təmayüllərdən yararlanaraq çox iş görə bilərsiniz.
Alış-veriş üçün əlverişli gündür.

Əqrəb – Dörd divar arasında qalmayın, harasa gedin, ünsiyyətdə olun, tərifləyin, təriflənin, rəğbət nişanələrini hiss edin. Görüş və ya virtual kontakt istisna deyil. Rəqabətin güclənməsi də ola bilər. Ona görə də günün ikinci yarısındakı görüşləri diqqətlə seçin. Evdə dəyişikliklər üçün əlverişli vaxtdır.

Oxatan – inkişaf edən hadisələr məcrasında bu gün önəmli olacaq. Passivlik etməyin, ətalət nümayişindən kənar durun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə yeniliklər, sürprizlər ola bilər. Sizinlə və ya fəaliyyətinizlə maraqlanan insanlar var. Bütün sirlərinizi açmayın. Çoxdan maraqlandığınız məsələnin açmasına bu gün nail ola bilərsiniz.

Oğlaq – gün paradoks, çoxdan bəri cavab tapmağa çalışdığınız sualın açmasını və ya xəbərdarlıq vəd edir. İntuisiyanızı dinləyin. Harasa getmək və ya tam əksinə, o yerdən imtina etmək hissi yarana bilər. Sizin üçün mühüm olan insanla münasibətlərdə ənənəvi davranış stilini dəyişin. Yenilikləri reallaşdırın, işə başlamaqdan çəkinməyin. Romantik münasibətlərdə maneələr, sədlər yarana bilər. Gərginliyə səbəb ola biləcək çətinliklər istisna deyil.

Dolça – hadisələrin axınından kənar qalmaq, hər şeyin sakitləşəcəyi anı gözləmək mümkün olmayacaq. Buna görə də günün ilk yarısından etibarən çevik, mütəhərrik, qıvraq olun. İşdə və evdə qayda yaradılması, nizamın bərqərar edilməsi ilə məşğul olun.
Alış-verişi günün ikinci yarısına saxlamayın.

Balıqlar – Ailə münasibətlərində qarşılıqlı anlaşma ən önəmli məqamdır. Sevdiyiniz insan sizə sürpriz vəd edir. Alış-veriş üçün əlverişli gündür. Aktiv ünsiyyətdə olun, bilik və bacarıqlarınızı bölüşün, təcrübənizdən başqalarının bəhrələnməsinə mane olmayın.

24saat

Ulduz falı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button