2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Günün ulduz falı – 17 may

Qoç 

Bütün işlər yolunda gedəcək. Yalan sizə kömək etməyəcək. Bununla özünüzə zərər verəcəksiniz. Əsəb gərginliyi nəticəsində xroniki xəstəlikləriniz baş qaldıracaq. Sponsor tapmaq şansınız böyükdür.

Buğa – Bu gün dincəlin. İşlərdə uğur gözləməyin. Xoşagəlməz xəbərlər ola bilər. Sevdiyiniz insanla cox ciddi inciklik yaranacaq. Bu gün çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz.

Əkizlər – Bu gün dövlət məmurları ilə görüş planlamaq üçün əlverişlidir. Kişilər öz cəngavərlik xislətlərini  sərgiləyəcək. Əməkdaşlıq sizə pul və faydalı əlaqələr gətirəcək. Kompyuterlə ehtiyatlı olun.

Saytların yığılması Saytlarin yigilmasi

Xərçəng – Sağlamlığınıza diqqət edin. Vacib qərarlar verməzdən öncə vəziyyəti diqqətlə öyrənin. Açıq havada gəzin. Bu gün memar və mühəndislər üçün şans günüdür.

Şir – Maliyyə məsələləri və səyahət üçün uğurlu gündür. Evdə çoxlu təxirəsalınmaz işlər yaranacaq. Artıq bağlı hesab etdiyiniz məsələlər yenidən gündəmə gələcək. Axşamtərəfi qonaqlar gözlənilir.

Qız – Sizi dəstəkləyən vəzifəli şəxslər bu gün dəstəyini əsirgəyəcək. Çoxlu təxirəsalınmaz işlər meydana çıxacaq. Sevdiyiniz adamla dostlarınıza qonaq getməyin, mübahisə gözlənilir. Əhvalınız korlanacaq.

Tərəzi – Çox işgüzar gündür. Yaxşı yaradıcılıq uğurları ola bilər. Bu gün sərfəli iş təklifi ala bilərsiniz. Sponsor tapmaq ehtimalı var.

Əqrəb – Yüksək aktivliklə fərqlənəcəksiniz. Bu gün ev heyvanlarını baytara aparmaq olmaz. Bunu bir neçə gün sonraya salın. İlham pəriniz qonaq gələcək. Zəhmətinizin bəhrəsini görəcəksiniz.

Oxatan – Təcrübəniz nəticəsində əlinizdə olan vəsaitlərdən düzgün istifadə edəcəksiniz. Doğruluğunuz nəticəsində bir çox məsələlər öz həllini tapacaq. Qida zəhərlənməsi, məişətdə zədələnmə ola bilər. Kompyuterlə ehtiyatlı olun.

Oğlaq – Bu gün dözüm və xüsusi yanaşma tələb edən gündür. İşgüzar səfəri təxirə salın. Fantaziyalarınıza güc verin və bəhrəsini görün. Memarlar üçün gözəl gündür.

Dolça – Bu gün dəyişikliklər vəd edir. Məqsəd və məramınızı dəqiqləşdirəcəksiniz. Küsülü olduğunuz dostlarla görüşün. Axşam tərəfi ürəkaçan qonaqlarınız gələcək.

Balıqlar – Bu gün əks cinsin nümayəndələri başınıza fırlanacaq. Çoxdan məhv olmuş hesab etdiyiniz işlər gözlənilməz uğurla nəticələnəcək. Xoşagəlməz ciddi söhbət  gözlənilir. Əhvalınız korlanacaq.

(Bizimyol.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button