2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcü nazir Çovdarovun güllələndiyi yerdə – Cinayət işi açıldı

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndindən bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onun yanında olan üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

Bu barədə Gürcüstan DİN-in rəsmi saytına məlumat yerləşdirilib.

Bildirilib ki, oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndində “Gürcü Arzusu” Partiyasının seçki qərargahının qarşısında naməlum şəxslər 4 nəfərə avtomatik silahdan atəş açıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Yaralı şəxslər təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi – qəsdən ağır xəsarətin yetirilməsi maddəsi üzrə istintaq işinə başlanılıb.

Gürcüstan daxili işlər naziri insidentdən dərhal sonra Giorgi Mqebrişvili hadisə yerində olub, aparılan istintaqın detalları və yaralıların vəziyyəti ilə tanış olub.(AzVision.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button