2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcü rejissorun bakirəlik haqda filmi Torontoda göstəriləcək

Gürcüstandan olan gənc rejissor George Sikharulidze Bu il dünyanın ən böyük film festivallarından biri Toronto Beynəlxalq Film Festivalında öz qısa filmi “Qırmızı almalar” ilə iştirak edir. Gənc rejissorun filmi Ermənistanda və ümumiyyətlə Qafqazda olan toy adətləri, daha dəqiqi toya qədər bakirəliyin qorunmasından bəhs edir.

– Georgi “Qırmızı alma” filmini çəkmək ideyası necə yarandı? Və ssenarini necə tapdınız?

Gənc gürcü rejissoru George Sikharulidze.

Saytların yığılması Saytlarin yigilmasi

Gənc gürcü rejissoru George Sikharulidze.

– Mən Kolumbiya universitetində kinorejissorluq üzrə magistratura oxuyarkən tələb yoldaşım prodüsser Ofeliya Arutunyan mənə bir ssenari təklif etdi. Ssenari dərhal xoşuma gəldi. Ssenaridə bəhs olunan əhvalat həm mənə tanış idi, həm də önəmli bir problemdən bəhs edirdi. Buna görə aradan dörd il keçəndən sonra o ssenari üzrə debüt filmini çəkəndə filmin rejissorluğunu mənə təklif etdi.

– Ssenaridə özünüzə yaxın bildiyiniz məqamlar hansılar idi?

– Hamısından çox gənc cütlüklərin münasibətlərini öyrənmək maraqlı idi. Bir-birini sevən iki gəncin münasibətləri bir gecədə dəyişib necə nifrətə çevrildiyini öyrənmək istədim. Belə ki, filmdə münasibətin iki üzünü araşdırmaq imkanım oldu. Biz ssenarinin üstündə bir neçə ay işlədikdən sonra, ssenari müəllifi ilə ikimizə də ən uyğun versiyanın üzərində dayandıq.

– Deyəsən filmi çəkmək üçün Ermənistana yollanıbsınız?

– Bəli. Əvvəlcə çəkilişə hazırlıq üçün iki həftəliyinə Yerevana yollandım. Çəkilişlərimizi beş gün içində Yerevanda apardıq.

"Qırmızı almalar" filminin çəkilişindən bir kadr.

“Qırmızı almalar” filminin çəkilişindən bir kadr.

 

– Georgi oxucularımıza xatırladaq ki, film toy gecəsiylə bağlı erməni adətlərindən bəhs edir.

– Bəli, bu qədim adətə görə toy gecəsindən sonra oğlanın valideyləri bakirəliyin təsdiqi və minnətdarlıq əlaməti olaraq qızın ailəsinə qırmızı alma yollayırlar. Əlbəttə bunun üçün qız mütləq bakirə çıxmalıdır. Elə bu gün də ermənilər arasında qırmızı alma adətinin simvolik ağırlığı var.
– Sizin filmin sujetində nələr baş verir?

– Qız ərə gedir, toy axşamında qaynana yataq çarşablarını yoxlamaq üçün otağa girir və görür ki, çarşabda heç nə yoxdur. Amma bu qızın bakirə olmadığı anlamına gəlmir. Qızın əhvalından da görünür ki, o əslində bakirə olub. Amma bəy anasının sözünə baxaraq qızı ginekoloqun yanına aparır.

– Bəs filmdə aktyor seçimi necə oldu? Aktyorlar erməni yoxsa gürcü aktyorlarıdır?
– Bütün aktyorlar erməniydi. Yerevana getməzdən öncəskaypla kastinq etdik və beləcə aktyorları rollara seçdik. Ancaq çəkilik qrupumuz gürcülərdən ibarət idi.

– Lütfən bir qədər özünüzdən məlumat verin, kimsiniz və necə oldu ki, kinoyla məşğul olmağa qərar verdiniz?

– Mən 1988-ci ildə Tibilisi də doğulmuşam. Məktəbi bitirən kimi oxumaq üçün Amerikaya getdim. Əvvəlcə Nyu-york univerisitetində bakalavr təhsili aldım, ardıyca Kolumbiya univerisitetində kinorejissorluq üzrə magistratura oxudum. Nyu-york univerisitetində kinonun nəzəriyyəsini oxudum, elə o vaxtdan kinorejissorluq marağımı çəkdi, istədim kinoşünas professor olum.

– Bəs Toronto Beynəlxalq Film Festivalı haqda hissləriniz, gözləntiləriniz nədir?

– Toronto Film Festivalı ən önəmli böyük festivallardan biridir. Buna görə də kinomun o festivalın gündəliyinə düşməsi məni sevindirir. Film üzərində işimizi qurtaran kimi onu bu festivala yolladıq və Torontodan bizə dəvətnamə gəldi. Belə bir festivala dəvət olunmaq isə böyük şərəfdir. Belə ki, mənim üçün ən əsası filmimi tamaşaçılara çatdırmaq və potenisal partnyorlarla – prodüsserlər və kino xadimləri ilə tanış olmaqdır. Məhz buna görə özüm də festivala gedəcəyəm.

Mənbə: Sputnik-georgia

Azadlıq Radiosu

Gürcü rejissoru Geroge Sikharulidzenin “Qırmızı almalar” filminin treyleri.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button