2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstan ərazisi ilə Ermənistana hansı “texnika” daşınıb?


Gürcütsanın daxili işlər naziri Georgi Mqebrişvili bildirib ki, hazırda Gürcüstan ərazisi ilə Ermənistana gizli şəkildə İqla raket-zenit sisteminin keçirildiyi barədə məlumatlar araşdırılır.

Bundan əvvəl Ermənistanın Milli Təhlükəszilik Xidməti (MTX) bəyan etmişdi ki, Gürcüstandan səyyar İqla raket-zenit qurğusunun gətirilməsində şübhəli bilinən üç nəfər həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili

Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili

Məlumatda bu da bildirilirdi ki, həbs olunanların arasında tanınmamış “Dağlıq Qarabağ Respublikasının” keçmiş de facto müdafiə naziri Samvel Babayan da var.

Bununla yanaşı Sputnik Qruziyi agentliyinin xəbərində deyilir ki, Gürcüstan hakimiyyətinin başqa rəsmiləri Rusiyadan Gürcüstan ərazisi ilə Ermənistana hərbi texnikanın daşınmasına dair məlumatları təkzib ediblər.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze bildirib ki, Gürcüstan ərazisi ilə hər hansı hərbi texnikanın daşınmasına dair məlumatlar həqiqətə uyğun deyil və belə məlumatları yayanlar “dostluq münasibətlərini” pozmağa çalışanlardır.

Xilasetmə texnikası

Martın 22-də Gürcüstanın keçmiş hakim “Vahid Milli Hərəkat” partiyasının liderlərindən Nuqzar Tsiklauri bildirmişdi ki, Bolnisi rayonunda Rusiya dövlət nişanları olan bir neçə yük maşını qeydə alınıb.

Tsiklauri bunu da deyib ki, yükün BUK raket kompleksi olduğu güman edilir.

Gürcüstanın Müdafiə Nazirliyində bu məlumat dərhal təkzib olunub.

Hakim “Gürcüstan arzusu” partiyasından millət vəkili və parlamentin müdafiə və təhlükəsizlik komitəsinin başçısı İrakli Sesiaşvili bu xəbəri şərh edərkən deyib ki, Bolnisi rayonunda xilasetmə işləri texnikası daşınırdı və bu texnikanın sahibləri Belarus vətəndaşları idilər.

Millət vəkili bildirib ki, Gürcüstan qanunlarına görə sözü gedən texnika hərbi təyainatlı yük sayılmır.

Sesiaşvili deyib ki, belə yüklər sərhəddə “gömrük xidmətinin tələb etdiyi standart prosedurları” keçir.

Babayan inkar edir

Bu arada AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Samvel Babayan Ermənistana İqla zenit-raket sistemini gətirməyə cəhd etdiyinə dair ittihamları rədd edib.

Samvel Babayan

Samvel Babayan

Bu barədə Babayanın vəkili Avetik Kalaşyan məlumat verib.

Vəkil deyib ki, istintaqın davam etməsi ilə bağlı bir sıra başqa təfərrüatları açıqlaya bilmir.

Kalaşyan habelə Babayanın həbsinin siyasi motivli olduğu barədə Ohanyan-Raffi-Oskanyan seçki blokunun yaydığı bəyanata şərh vermək istəməyib. O deyib ki, Babayan bu barədə ona heç nə deməyib.

MTX-nin irəli sürdüyü ittihamların sübutu olub-olmadığı barədə suala cavab verərkən isə vəkil deyib ki, təhqiqatın məxfiliyi və müştərisinin maraqlarına görə bu cür suallara hələlik cavab verə bilmir.



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button