2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstan hakimiyyəti izahat verməlidir

Azərbaycan iqtidarının repressiya əli Gürcüstana da uzanıb

AXCP sədri Əli Kərimli Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı müxalif fəallar Əfqan Muxtarlının oğurlanaraq Bakıya gətirilməsi və Daşqın Ağalarlının həbs olunmasına münasibət bildirib. Ə.Kərimli Gürcüstan hakimiyyətini öz ərazisində azərbaycanlı müxalif fəalların təqib olunmasına imkan verməməyə çağırıb:

Saytların yığılması Saytlarin yigilmasi

Əfqan Muxtarlını Tbilisidən oğurlayıb Bakıya gətirməklə rejim dəhşətli səhv etdi. İndi hamımız sual verəcəyik ki, bəs necə olur, Elmar Hüseynovun rəsmi qatilləri 12 il ərzində Gürcüstanda əlini-qolunu sallayıb gəzir, onları tutub Bakıya gətirən yoxdur? ADNA terrorunun sifarişçisi elan edilmiş Mardun Qumaşyanı niyə Tbilisidən oğurlayıb gətmirsiniz, ancaq bir tənqidçi jurnalisti oğurlayıb, pasportrsuz-filansız gətirirsiniz Bakıya? Əsl cinayətkarları tutub gətirmək sərf etmir?

Əfqan Muxtarlının oğurlanmasında Azərbaycandakı rejimlə bağlı hər şey aydındır. Ancaq Gürcüstan hakimiyyəti bütün dünyada, o cümlədən Azərbaycanda demokratik hakimiyyət kimi tanınır. İndi Gürcüstan hakimiyyəti izahat verməlidir ki, onların ölkəsinə sığınmış siyasi fəalın bu şəkildə oğurlanmasına niyə imkan verib?

Tanınmış həkim, professor Fərman Ceyranovun Tbilisidə, Gözəl Bayramlının Gürcüstandan qayıdarkən sərhəddə həbsi, müxalifət fəalı Daşqın Ağalarlının Gürcüstandan deportasiya qərarının verilməsi, indi də Əfqan Muxtarlının Tbilisidən oğurlanması çox aydın şəkildə nümayiş etdirir ki, Azərbaycan iqtidarının repressiya əli Gürcüstana da uzanıb.

Bu günlərdə Gözəl Bayramlının həbsini bir çox Qərb diplamatları ilə müzakirə edirəm. Gürcüstandakı siyasi fəalların taleyini də müzakirəyə çıxarırıq. Gürcüstanın demokratik hakimiyyəti Azərbaycandakı rejimin öz əleyhdarlarına qarşı repressiyasında iştirak etməməlidir. Gürcüstanda gedən demokratikləşmə prosesinə hər zaman rəğbətlə yanaşan Azərbaycan demokratik qüvvələri Əfqan Muxtarlının Tbilisidən oğurlanaraq, Bakıya gətirilməsinə Gürcüstan hakimiyyətinin də etiraz etməsini gözləyir.

P.S. Tanınmış siyasi fəal Daşqın Ağalarlı da bu dəqiqələrdə Tbilisidə həbs edildi. Deməli, analoqsuzluğumuzu bütün regiona yayırıq. Heyf demokratik Gürcüstandan, oranı da buladılar çirkaba.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button