2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Gürcüstan hökuməti Azərbaycanın təzyiqi altındadır''

Saytların yığılması Saytlarin yigilmasi

CPJ: ”Hakimiyyət jurnalist Əfqan Muxtarlını dərhal azad etməlidir”

“Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməli, onun qonşu Gürcüstana qayıtmasına icazə verməlidir”.

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin açıqlamasında belə deyilir. 

Ə.Muxtarlı mayın 29-da axşamdan yoxa çıxıb, bir gün sonra isə onun sərhəddən keçirilərək Bakıya gətirildiyi bəlli olub. Vəkilinin deyir ki, o, Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələriylə, yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Əfqan Muxtarlı vəkilinə Tbilisidə zorla maşına oturdulduğunu, döyüldüyünü, cibinə 10 min avro atıldığını deyib. Ə.Muxtarlının pasportu isə Tbilisidə yaşadığı evdə qalıb.

CPJ media məlumatlarına əsasən yazır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Muxtarlının qanunsuz saxlanması iddialarını araşdırır. CPJ jurnalistin Gürcüstandakı statusunu müəyyənləşdirə bilməyib.

“Gürcüstan hakimiyyəti Əfqan Muxtarlının dərhal buraxılmasını, Tbilisiyə qayıtmasına imkan verilməsini tələb etməlidir”, – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

“Azərbaycanda müstəqil xəbərləmə işinə təzyiqlər bir çox jurnalistləri sürgünə məcbur edib. Onların zorla Azərbaycana qaytarılması ölkənin mətbuata düşmən münasibətinin göstəricisidir”, – Ognianovanın sözləridir. 

Gürcüstan öz ölkəsində pis rəftar və işgəncə riskiylə üz-üzə qalan heç kəsin ekstradisiyası, yaxud repatriasiyasında əməkdaşlıq etməməlidir. Bunu isə “Human Rights Watch” insan haqları təşkilatının Cənubi Qafqaz üzrə təmsilçisi Giorgi Gogia “Amerikanın Səsi”nə (VOA) deyib.

Giorgi Gogia
Giorgi Gogia.

“Muxtarlı təhlükəsiz yer axtarıb və hökumətin təzyiqlərindən qaçıb. Gürcüstan hakimiyyəti dissidentin yoxa çıxmasını dərhal araşdırmalı və Azərbaycandan qaçmış digər fəalların təhlükəsizliyini təmin etməlidir”, – Gogia söyləyib.

“Görünən odur ki, Gürcüstan hökuməti Azərbaycanın təzyiqi altındadır”, – deyən Gogia onu da əlavə edib ki, Tbilisi hakimiyyəti dissidenti hər hansı zərərdən qorumalıdır.

Ə.Muxtarlı bir həftə öncə VOA-ya müsahibəsində deyirdi ki, Gürcüstan kəşfiyyatçıları azərbaycanlı mühacirlərə və dissidentlərə sakitcə yaxınlaşır və onlara Gürcüstandan çıxıb ölkələrinə qayıtmağı “tövsiyə edirlər”.

O, Tbilisidəki dostlarına gələcək sarıdan narahatlığını da bölüşürmüş.

“Özəlliklə də, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsindən, Türkiyə vətəndaşının mümkün ekstradisiyasından əndişələnirdi”, – Tbilisidə yaşayan təhqiqatçı jurnalist Dave Bloss belə deyir.

O, Muxtarlının həyat yoldaşı Leyla Mustafayevanın GIPA-da müəllimi olub.

Leyla Mustafayeva ərinin səhhətindən, Bakıda üzləşə biləcəklərindən narahatdır.

“Jurnalistləri öldürürlər, ən yaxşı halda, işgəncə verirlər. Bakıdan bu səbəbdən qaçdıq”, – deyən Mustafayeva həm Azərbaycan, həm də Gürcüstan hökumətlərinin həyat yoldaşının oğurlanmasında məsuliyyət daşıdığını söyləyir.

Daşqın Ağalarlı
Daşqın Ağalarlı.

Ə.Muxtarlını mayın 29-da sonuncu dəfə görmüş, bir gün sonra bu işlə bağlı dindirilmiş digər fəal Daşqın Ağalarlı isə Gürcüstanın DFWatch.net saytına deyib ki, onlar daim izləndiklərini hiss ediblər.

“Bir dəfə Əfqan onların şəklini çəkə bildi. Gürcü deyildilər, azərbaycanca danışırdılar. Aramızdakı məsafə çox qısa olduğundan danışıqlarını eşidirdik”, – Ağalarlı deyib.

Sayt yazır ki, Gürcüstan hökuməti, hələlik, axtarış prosedurunun başlandığını bildirib, əlavə şərh verməyib.

Jurnalist Ə.Muxtarlı hökumətə yönəlik tənqidi fikirləri ilə tanınır. O, uzun müddət Müsavat Partiyasının üzvü olub. Jurnalist peşə fəaliyyətinə görə də basqılara məruz qaldığını bildirib. İki ildən artıqdır ki, Azərbaycanı tərk edərək Gürcüstana sığınıb.

Azərbaycan hakimiyyətinin təmsilçiləri isə ölkədə media azadlığına heç bir təzyiq olmadığını, heç bir jurnalistin peşə fəaliyyətinə görə təqibə məruz qalmadığını bildirir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button