Loading...
Loading...
24 saat

“Gürcüstan işi” adlı hesabat hazırlandı

“Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda geniş hesabat hazırlanıb

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazaraq məlumat verib

“Dostlar, siz elə bilirsiniz ki, biz məlum Gürcüstan olayları ilə bağlı şərlənərək həbs olunmuş Gözəl Bayramlinı, Əfqan Muxtarlinı, sonradan Bakı İstintaq Təcridxanasında həbsdə olarkən həyatına son qoyulan Mehman Qələndərovu unutmuşuq? Əsla yox! Bütün yayı üzərində işlədiyimiz, 3 dildə- Azərbaycan türkcəsi, ingilis və rus dillərində ərsəyə gətirdiyimiz “Gürcüstan işi; təqiblər, həbslər və mövcud reallıqlar” mövzusunda geniş Hesabatı nəhayət ki, tam yekunlaşdırdıq.

Hesab edirəm bu sənəd təkcə adı çəkilən şəxslərin qanunsuz həbsi ilə bağlı deyil, eləcə də qonşu Gürcüstanda azərbaycanlı siyasi mühacirlərə, iş adamlarına qarşı Azərbaycan hakimiyyətinin sifarişi və iştirakı ilə həyata keçirilən təqib və təzyiqləri detallı şəkildə, dəlil- sübutlarla ortaya qoyan vacib sənəddir.

Hesabat 12 oktyabrda yerli və beynəlxalq ictimaiyyətə təqdim olunacaq. Ümid edirəm sizlər hər biriniz bu sənədin ictimai müzakirəsində, daha geniş çevrələrdə yayımında və dərcində yaxından iştirak edəcəksiniz”.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button