2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Gürcüstan jurnalistin oğurlanmasına aydınlıq gətirsin!''

Sərhədsiz Reportyorlar: ”Bu, çox ciddi insidentdir və nəticəsiz qalmayacaq”

Saytların yığılması Saytlarin yigilmasi

“Sərhədsiz reportyorlar” təşkilatı Gürcüstan hakimiyyətini azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanaraq Azərbaycana verilməsinə aydınlıq gətirməyə çağırıb.

Təşkilat bununla bağlı bəyanat yayıb. Bildirir ki, Gürcüstan hakimiyyəti Əfqan Muxtarlı ilə nə baş verdiyini dərhal açıqlamalı və Gürcüstanda yaşayan digər azərbaycanlı dissidentlərin təhlükəsizliyini təmin etməlidir: 

“Muxtarlını kimin oğurlaması vacib deyil – azərbaycanlı əməliyyatçılar, yoxsa Gürcüstanın təhlükəsizlik qüvvələri. Bu, çox ciddi insidentdir və nəticəsiz qalmayacaq”, – məlumatda qeyd olunur.

Bakıya gətirilən jurnalist vəkilinə saxlanma zamanı onu döydüklərini, qabırğasını qırdıqlarını, başına torba keçirdiklərini deyib: 

“Biz işgəncələrə və amansız rəftara məruz qalan Əfqan Muxtarlının dərhal azad olunmasını tələb edirik. Müstəqil jurnalistlərə qarşı uydurma ittihamlardan istifadə etmək Azərbaycanda standart praktikadır. Hakim rejim bir daha göstərdi ki, o, ölkənin hüdudlarından kənarda da problemlər yarada bilər. Bütün bu hərəkətlərə görə cavab verməyin vaxtı çatıb”, – məlumatda deyilir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqov jurnalistin saxlanılarkən döyüldüyünü söyləyib. Onun üz nahiyəsində xəsarət izləri olduğunu deyib: 

“Nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Saxlandıqdan sonra isə cibinə 10 min avro pul da atılıb”.

Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur. 

Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir. 

“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, – deyə Elçin Sadıqov bildirib.

Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button