2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Gürcüstan müxalifəti ‘daimi’ etirazlara başlayır

Gürcüstanın Vahid Milli Hərəkat (VMH) müxalifət partiyasının lideri deyir ki, noyabrın 2-dən keçmiş prezident Mixeil Saakaşvilinin Rustavidə saxlandığı həbsxana qarşısında etiraza başlayırlar.

“Gürcüstan etiraza başlayacaq! Etiraz daimi olacaq, məqsədə çatılmayınca bitməyəcək!”Nika Melia Facebook-da yazıb. O, Saakaşviliyə azadlıq tələb edəcəklərini bildirib.

2020-ci il parlament seçkilərindən bəri Gürcüstanda siyasi böhran davam edir. Saakaşvili ötən ay həbs olunandan və aclıq aksiyasına başlayandan böhran daha da dərinləşib.

Saytların yığılması Saytlarin yigilmasi

20 postdan 19-nu hakim partiya qazanıb

Saakaşvilinin əsasını qoyduğu VMH oktyabrın 30-da keçirilmiş yerli seçkilərin ikinci raundunun hakim Gürcü Arzusu partiyasının xeyrinə saxtalaşdırıldığını iddia edir.

İlkin nəticələrə görə, Gürcü Arzusu seçki keçirilən 20 mer postundan 19-da qalib gəlib. Buraya beş böyük şəhər də daxildir.

Saakaşvili isə Facebook-da yazıb ki, seçkini VMH udub, “Gürcüstan hökumətini mənimsəmiş bir qrup bandit bizim qələbəmizi ələ keçirib. Onlar bizi qarət ediblər, bizi ölkəmizin ağası olmaq kimi təməl hüquqdan məhrum ediblər!”

O, etirazçıları Gürcü Arzusu-ndan “hakimiyyəti geri almağa”, “onları qanun qarşısında cavab verməyə vadar etməyə” səsləyib.

Noyabrın 1-də Saakaşvilinin aclıq aksiyasının 32-cu günü tamam olub. O, Facebook-da 20 kiloya yaxın çəki itirdiyini yazıb.

Xəstəxana dilemması

Ədliyyə Nazirliyi bildirir ki, keçmiş prezidentin vəziyyəti pisləşərsə, Penitensiar Xidmətin nəzdindəki 18 saylı tibb müəssisəsinə köçürüləcək.

Saakaşvilinin vəkilləri və həkimləri həmin xəstəxananın onun durumunu nəzarətdə saxlamaq və müalicə etmək üçün yaxşı təchiz olunmadığını deyirlər. Onların fikrincə, Saakaşvili bu müəssisədə qorunmayacaq, o, Vivamedi klinikasına köçürülməlidir.

Noyabrın 1-də Birləşmiş Ştatlar da Avropa Birliyinə qoşularaq seçkilərin keçirilməsindən narahatlıq ifadə edib. Tbilisidəki ABŞ səfirliyinin bəyanatında deyilir ki, səsvermənin yaxşı təşkil olunması barədə beynəlxalq müşahidəçilərin fikrilə razılaşır. Amma səfirlik seçicilərin qorxudulması, onlara təzyiq, səsverməyə təsir göstərmiş neqativ ritorikanın güclənməsini pozuntular kimi sadalayıb.

Avropa Birliyi səsvermədə çoxsaylı pozuntuların olduğunu, “administrativ resurslardan sui-istifadə və siyasi liderlərin zorakı ritorikasının” yalnız siyasi qütbləşməni gücləndirdiyini qeyd edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button