2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaXəbərlər

Gürcüstan müxalifəti seçkilərin saxtalaşdırıldığını deyir

Gürcüstanın müxalifət partiyaları bazar günü keçmiş prezident Mixeil Saakaşvilinin həbsindən sonra keçirilən bələdiyyə seçkilərinə dair mənfi fikirlər səsləndirir.

Rəsmi nəticələr göstərib ki, Gürcü Arzusu seçkilərdə müxalifət partiyalarının 52%-nin əleyhinə təxminən 48% səs toplayıb.

Aİ-nin vasitəçiliyi ilə may ayında keçirilən partiyalararası razılaşmaya əsasən, hakim partiya şənbə günü səslərin 43% dən azını qazanarsa növbədənkənar parlament seçkiləri keçirəcəyinə söz verib.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters xəbər verir ki, bu yaxınlarda keçirilən sorğuda “Gürcü Arzusu”na xalqın dəstəyi 36%-dən aşağı olduğunu göstərib.

“Gürcü Arzusu”nun verdiyi açıqlamada diqqətlə izlənilən seçkilərin “ən yüksək demokratik standartlara uyğun keçirildiyi” bildirilib.

Lakin müxalifət partiyaları bazar günü geniş qanun pozuntularının ölkənin ən böyük müxalifət lideri və keçmiş prezidenti Saakaşvilinin həbsindən sonra gərgin bir atmosferdə keçirilən seçkilərin etibarlılığını sarsıtdığını bildirib.

Ölkənin əsas müxalif qüvvəsi olan Saakaşvilinin Vahid Milli Hərəkatının lideri Giori Baramidze AFP-yə verdiyi müsahibədə “seçkilərin nəticələrinin saxtalaşdırıldığını deyib.

O, seçkilərdən əvvəl seçicilərin qorxudulmasının və rüşvət verilməsinin şahidi olduğunu” bildirib.

Gürcüstanı 2013-cü ildə tərk edən və 2018-ci ildə qiyabi olaraq həbs cəzasına məhkum edilən Saakaşvili cümə günü Gürcüstana geri dönəndən və tərəfdarlarını müxalifətə səs verməyə və seçkidən sonra küçə etirazları keçirməyə çağırandan sonra həbs edilib.

Gürcüstan rəsmiləri xəbərdarlıq edib ki, o, geri gəlsə həbs olunacaq və Prezident Salome Zurabişvili 53 yaşlı Zurabişvilini həbs edəndən sonra əfv etməyəcəyini deyib və onu ölkədəki sabitliyi pozmağa çalışmaqda ittiham edib.

Paytaxt Tbilisinin merliyi daxil olmaql,a bir sıra vəzifələr uğrunda aparılan seçki ölkədə ötən il keçirilən parlament seçkisindən sonra aylarla davam edən siyasi böhrandan sonra əhəmiyyət qazanıb. Seçki nəticəsində müxalifət parlamenti boykot edib.

Şaakaşvilinin təsis etdiyi əsas müxalifət partiyası Vahid Milli Hərəkatın sədri fevral ayında həbs olunub, may ayında Avropa İttifaqının hökumətlə partiya arasında qarşıdurmanı azaltmaq məqsədilə razılığa vsitəçilik etmək səyi nəticəsində sərbəst buraxılmışdı.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button