2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstan Paşinyanın sərhədlərin və kommunikasiyaların açılmasına dair “yeni baxış”ını dəstəkləyir

Bakı/08.09.21 Ermənistanın siyasi və iqtisadi sabitliyi Gürcüstanın və bütövlükdə regionun sabitliyi ilə birbaşa bağlıdır, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili sentyabrın 8-də erməni həmkarı Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Gürcüstana ikigünlük rəsmi səfərə gəlib. Paşinyan ilk görüşünü Qaribaşvili ilə keçirib.

“Mən cənab baş naziri bu yaxınlarda qazandığı qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bu, şübhəsiz, Ermənistan və erməni xalqı üçün yeni eranın başlanmasından ötrü yaxşı imkandır”, – “Sputnik-Gürcüstan” Qaribaşvilidən sitat gətirir.

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstan hökumət başçısının qeyd etdiyi kimi, Qarabağ müharibəsi region üçün mürəkkəb çağırış olub. “Amma indi baş nazirin yeni baxışı ilə tanış olarkən inanıram ki, bu çağırış Ermənistan və erməni xalqına rifah gətirəcək yeni imkana çevriləcək”, – Qaribaşvili deyib, ancaq bu “yeni baxış”ın nədən ibarət olduğunu açıqlamayıb.

Lakin bu barədə Paşinyan bu gün səhər özü danışıb, Türkiyə ilə münasibətlərin normallaşmasına, sərhədlərin və kommunikasiyaların açılmasına çağırıb.-02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button