AZ24SAAT.ORG

Now Reading:
Gürcüstan prezident Xocalı qurbanlarının xatirəsini anmayıb

Gürcüstan prezident Xocalı qurbanlarının xatirəsini anmayıb

Gürcüstan prezident Xocalı qurbanlarının xatirəsini anmayıb

Bu gün Gürcüstan prezidenti Giorgi Marqvelaşvili azərbaycanlı əhalinin sıx yaşadığı Marneuli rayonunda sakinlərlə görüşüb. Görüş “Müstəqillikdən azadlığa -respublikanın 100 illiyi” kampaniyası çərçivəsində baş tutub. O, ölkənin etnik azlıqlarını Gürcüstanın Müstəqillik Gününü fəal şəkildə qeyd etməyə çağırıb. Prezident deyib ki, Gürcüstan Rusiya imperiyasından xilas ola bilsə də Rusiya Gürcüstanı rahat buraxmayb və ölkənin ərazisini işğal edib, “Novosti-Gürcüstan” bildirib.

Görüş iştirakçıları G.Marqvelaşviliyə Xocalı faciəsi qurbanlarının xatirəsini anmağı təklif ediblər. Ancaq Gürcüstan prezidenti bunu etməyib, yalnız onu deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyəti izləyir və Gürcüstan problemin sülh yolu ilə nizamlanmasına tərəfdardır.

O, azərbaycanlıların Gürcüstanda assimilyasiya olunması ilə bağlı sualı da mənfi cavablandırıb.

“Gürcüstanda yaşayan etnik azərbaycanlılar assimilyasiya olunmur. Dövlət gürcü dilinin milli azlıqlar tərəfindən öyrənilməsinə vəsait ayırır. Hər il Marneulidə Novruz bayramı geniş qeyd olunur. Gürcüstanda Azərbaycanın milli adət-ənənələri yaşadılır və bu sahədə heç bir məhdudiyyət yoxdur””, – vurğulayıb. (contact.az)

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.