2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcüstan prezidenti rusiyalıların ölkəyə axınından narahatdır

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya ilə ölkəsi arasında birbaşa hava nəqliyyatının bərpası əleyhinə çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

O habelə rusiyalıların Gürcüstanda qalmaq qaydalarının sərtləşdirilməsinə çağırıb.

Müvafiq məlumat Gürcüstan prezidentinin rəsmi saytında dərc olunub.

Zurabişvili bildirib ki, Rusiya ilə birbaşa reyslərin bərpa olunması Gürcüstanın Qərb partnyorlarının Ukraynaya maksimum dəstək verdikləri bir vaxtda qəribə görünə bilər.

Qanunvericilik aktları

Prezident bunu da bildirib ki, hökumət sosial və siyasi parametrləri nəzərə almaqla Rusiya vətəndaşlarının ölkəyə axını məsələsini ciddi araşdırmalıdır.

Zurabişvilinin sözlərinə görə Gürcüstan cəmiyyəti onun milli maraqlarının və təhlükəsizliyinin nəzərə alındığını və müdafiə edildiyini bilməlidir.

Prezident habelə hökuməti Rusiya vətəndaşlarının Gürcüstanda olmasını tənzimləyən normativ aktlar işləyib hazırlamağa çağırıb.

O deyib ki, bu sahədə mümkün dəyişikliklər əmək qanunvericiliyini, biznes qeydiyyatını, daşınmaz əmlak alınmasını və rusdilli məktəblərin açılması məsələlərini əhatə etməlidir.

Ölkənin reputasiyası

Zurabişvili bunu da vurğulayıb ki, hökumət ölkənin reputasiyasının qayğısına qalmalı, Gürcüstandan Rusiyanın sanksiayalrdan yan keçməsi üçün istifadə edidliyinə dair tənqidlərin yaranmasına yol verməməlidir.

Ukraynada müharibə başlayandan bəri Rusiyanı yüz minlərlə vətəndaş tərk edib. Gürcüstan vizasız rejiminə görə Rusiyanı tərk edənlər üçün daha cazibəli ölkədir.

Burada daimi yaşamaq hüququ almaq da mürəkkəb deyil.

İlkin məlumatlara görə 2022-ci ildə Rusiyadan Gürcüstana 120-140 min rusiyalı gəlib.

12 mindən çox rusiyalı Gürcüstanda daşınmaz əmlak alıb.

Milli Bankın məlumatına görə 2022-ci ilin dekabr ayı ərzində Gürcüstana Rusiyadan iki milyard dollardan çox pul köçürülüb.

24 saat” “
Gürcüstan prezidenti rusiyalıların ölkəyə axınından narahatdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button