2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gürcüstan Prezidenti: “Saakaşvili əfv ilə azadlığa çıxmayacaq”

Yayımlandı: 9 Fevral 2023 15:13

“Jamnews”un materialı

Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisi Şəhər Məhkəməsinin sabiq prezident Mixail Saakaşviliyə münasibətdə çıxarıdğı qərarla bağlı bəyanat yayıb. Həmin qərarda keçmiş prezidentin sağlamlığı ilə bağlı azadlığa çıxması iddiası rədd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin bu qərarı ilə gürcü xalqı “qapalı çevrədə gəzməyə və yaranın vəziyyətin girovu qalmağa məhkum edilib”, – Zurabişvili hesab edir. Onun dediyinə görə, Mixail Saakaşvili əvf ilə də azadlığa çıxa bilməz, belə ki, sabiq prezidentə qarşı daha üç ittiham irəli sürülüb.

Zurabişvili qeyd edib ki, keçmiş prezidentin bəyanatlarını və etiraf etmədiyi cinayətləri nəzərə alınarsa, “Saakaşvili azadlığa çıxacağı halda təkcə hazırkı hakimiyyətin deyil, həm də faktiki olaraq ölkənin nüfuzunun və nəticə etibarı ilə onun Avropa gələcəyi şanslarının fəal düşməninə çevriləcək”.

Zurabişvili deyib:

“Saakaşvili məsələsi bizim partnyorlarımızla düzgün inkişafımıza maneçilik törədir”.

“Bu, həm də məlum ağır sınaq zamanı Ukrayna xalqı ilə həmrəy olduğumuzu ifadə etməyə və bizim Avropa perspektivimizə, 12 tövsiyə üzərində işləməyimizə və nəticə etibarı ilə Aİ-na namizədlik statusunu almağa maneədir”, – Zurabişvili bildirib. 

“Bu gün ölkə bütünlüklə bu vahid sualın girovuna çevrilib, halbuki son dərəcə mühüm mövzular heç müzakirə edilmir. Bunların arasında gənclərin Gürcüstandan kütləvi şəkildə getməsini və Rusiya vətəndaşlarının Gürcüstana kütləvi şəkildə mühacirətini göstərmək olar”, – Gürcüstan prezidenti yazır.

Zurabişvili həmçinin qeyd edir ki, ölkənin nüfuzuna xələl gəlib, ona olan etibar sarsılıb və Gürcüstanın yeni geosiyasi vəziyyətdə yeri qeyri-müəyyən olub:

“Hətta Rusiya bizim ənənəvi partnyorlarımızı itirdiyimizi hesab edirsə, bu öz-özlüyündə təhlükəli ola bilər”.  

Gürcüstan prezidentinin sözlərinə görə, ölkənin bu cür vəziyyətə düşməsinin məsuliyyətini eyni zamanda həm keçmiş prezidenti gəlməsi üçün dilə tutanlar , həm də onu ölkəyə buraxıb, sonra da faktiki olaraq geri buraxmayanlar daşıyır.

“Hakimiyyət ona nail oldu ki, Avropa yolu və 12 tövsiyənin yerinə yetirilməsi praktiki olaraq siyasi gündəmdən götürüldü”,- Zurabişvili qeyd edir:

“Simamızı qaytarmaq və etibarımızı bərpa etmək üçün hakimiyyətin növbəti dəfə səy göstərməsi, növbəti dəfə dərk etməsi lazımdır: bu məsələ ölkəyə ziyan vurur və o, qanuni və insanpərvər bir həll yolu tapmalıdır. Müxalifətin üzərinə düşənsə budur: Saakaşvili öz cinayətlərini etiraf etsin və siyasətdən getməklə həm ölkəni, həm də müxalifəti düşdüyü girov vəziyyətindən xilas etsin”.

“Hər kəs bu ölkənin gələcəyi ilə alver etməyə son qoymalı, öz üzərinə məsuliyyət götürməli və ölkənin simasını pozmaqdan əl çəkməlidir”, – prezident sonda yazır.            

Ailə üzvlərinin və vəkillərinin dediyinə görə, Mixail Saakaşvilidə gedən kaxeksiya prosesi şiddətlənib. Ombudsmen Şurasının Mixail Saakaşvilinin sağlamlığı barədə rəyində həmçinin 4-cü dərəcəli kaxeksiya barədə yazılır və qeyd olunur ki, o, xaricdə çoxprofilli klinikada müalicə almalıdır.    

2022-ci il dekabrın 29-u Saakaşvili üzərində qurulmuş məhkəmədə amerikalı toksikoloq Devid Smit şahid qismində dindirilib. Onun dediyinə görə, Gürcüstanın sabiq prezidentini “Vivamed” klinikasına aparmazdan əvvəl həbsxanada ağır metallarla zəhərləyiblər.

Amerikalı toksikoloq deyib ki, Mixail Saakaşvilinin tibbi kartını, laboratoriya analizlərinin nəticələrini, həmçinin saç, dırnaq və qan analizini gözdən keçirib.  

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button