Now Reading:
Gürcüstan prezidentinin qayını tutuldu

Gürcüstan prezidentinin qayını tutuldu

Gürcüstanın birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişvili hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Mixail Mqaloblişvili Gürcüstan CM-nin 236-cı maddəsinin 3-cü bəndinin 2-ci hissəsinə görə odlu silah əldəetmə, saxlama, gəzdirmə maddəsi ilə ittiham olunur. Saxlanılan şəxsi 6 ilədək azadlıqdan məhrum olma cəzası gözləyir.

 

Daxili işlər nazirliyindən verilən məlumata görə, Mixail Mqaloblişvili barəsində yanvarın 13-də məhkəmənin qərarına görə, qətimkan tədbiri seçilib. Gürcüstanın “İmedi” televiziyasının məlumatına görə, saxlanılan M. Mqaloblişvilinin vəkili hadisəyə şərh verməyib.

 

Nazirlikdən bildirilib ki,  M. Mqaloblişvili üç dəfə məhkum olunub. O, 17 il həbs cəzasına məhkum edilib, lakin, üç ildən sonra, 2015-ci ildə Gürcüstan Prezidenti onu əfv edib.  O, bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. O, ilk dəfə 2008-ci ildə narkotik vasitədən istifadə və polisə müqavimət göstərdiyinə görə həbs edilib. Buna görə o, iki il müddətinə azadlıqdan məhrum edilib və 9 ay cəza çəkdikdən sonra amnistiya nəticəsində azad edilib. 2009-cu ildə isə o, yenidən narkotikdən istifadə etdiyi üçün həbs edilib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.