2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcüstan QHT-ləri Rusiya ilə vizasız rejimin ləğvinə çağırır

Bu da xüsusi olaraq vurğulanır ki, rusiyalılar Tbilisi və Batumi şəhərlərində 4 minədək ev alıblar və 6.5 min şirkət və firma açıblar

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın 20-dən çox qeyri-hökumət təşkilatı hökuməti rusiyalıların ölkəyə səfərləri üçün vizalı rejimin tətbiqinə çağıran birgə bəyanat imzalayıb.

Bəyanat müəllifləri bildirirlər ki, Rusiyadan kütləvi və nəzarətsiz turist axını Gürcüstan dövlətinin təhlükəsizliyinə hədə yaradır.

Bəyanatda qeyd olunur ki, Rusiyadan gələn turistlər və sahibkarlar bunu guya Rusiyaya qarşı Qərb sanksiyalarına hədəf olmamaq üçün etdiklərini deyirlər.

Bəyanat müəllifləri son rəsmi rəqəmlərə istinadla xəbərdarlıq edirlər ki, mart ayından iyuladək Gürcüstana 350 min rusiyalı gəlib.

Qeyd olunur ki, rusiyalılar Gürcüstana təkcə turist kimi yox, həm də burada məskunlaşmaq üçün gəlirlər.

Bu da xüsusi olaraq vurğulanır ki, rusiyalılar Tbilisi və Batumi şəhərlərində 4 minədək ev alıblar və 6.5 min şirkət və firma açıblar.

14 min rusiyalıya artıq Gürcüstanda yaşamaq hüququ verilib.

Gürcüstan hökuməti narahat deyil

QHT nümayəndələri əmin olduqlarını bildirirlər ki, Rusiyadan axın Gürcüstanın dövlətçiyinə ciddi təhlükə yaradır.

Onların fikrincə Rusiya ölkədə rusiyalıların çox sayda olmasından istifadə edərək, guya onların müdafiəsi məqsədilə Gürcüstana hərbi müdaxilə və onun ərazisinin bir hissəsini qəsb etmək üçün bəhanə kimi istifadə edə bilər.

Buna baxmayaraq hakim Gürcü Arzusu partiyası və İrakli Qaribaşvilinin hökuməti rusiyalıların öz bizneslərini Gürcüstana köçürməsində, burada daşınmaz əmlak almasında və turist fəallığında heç bir təhlükə görmədiyini bildirir.

Rusiyalıların Gürcüstana axını pik nöqtəsinə iyul ayında çatıb. Həmin ayda Rusiya turistlərinin sayı 150 minə çatmışdı. Bu, 2019-cu ildəki rekordun təzələnməsi deməkdir.

Qaribaşvili isə deyir ki, turistlərin artması minlərlə iş yeri yaradır və ölkədə yoxsulluğun aradan qaldırılmasına kömək edir.

24 saat” “
Gürcüstan QHT-ləri Rusiya ilə vizasız rejimin ləğvinə çağırır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button