Loading...
Loading...
Dünya

Gürcüstan rəsmilərinin Qərblə dərdi nədir

Aİ-nin xarici işlər üzrə təmsilçisi Jozep Borrelin sözçüsü Piter Stano tvitində Gürcüstanı kəskin tənqid edib

Gürcüstanda müxalifət jurnalistinin məhkəməsi Tbilisi ilə Qərb tərəfdaşları arasında diplomatik qalmaqal yaradıb. İkitərəfli münasibətlərin gərginləşməsi isə ABŞ və Aİ rəsmilərinin bu ölkəyə siyasi səhnədə qütbləşməni aradan qaldırmaq üçün təzyiq göstərdiyi bir dönəmdə baş verir.

AzadlıqRadiosunun Gürcüstan xidməti yazır ki, Aİ və ABŞ səfirlərilə bağlı qəzəbli deyişmələr Gürcüstanın Aİ üzvlüyünə namizədliyinin sürətlənməsinə əngəlləri üzə çıxarır. Bu arada ölkənin iki separatçı regionunu tutmuş Rusiya Ukraynada irimiqyaslı işğal aparır.

Departament səfiri dəstəkləyib

İyulun 20-də Dövlət Departamenti Tbilisidəki ABŞ missiyasına dəstəyini təsdiqləyib. Bundan öncə məhkəmə hakimi və hakim Gürcü Arzusu partiyasının üzvləri Səfir Kelli Deqnan və onun komandasının müxalifət jurnalistinin məhkəməsinə müdaxiləsindən danışıblar. Söhbət Rustavi2 TV-nin keçmiş baş direktoru Nika Qvaramiyadan gedir.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Gürcüstan rəsmilərinin son bəyanatları gürcüstanlıları Avro-Atlantik üzvlük hədəfindən “yayındırmaq niyyəti” güdə bilər.

“Səfir Deqnanı tam dəstəkləyirik”, – deyən Prays səfirə qarşı dezinformasiya və şəxsi hücumların “tərəfdaşlarımızın bir-birilə kommunikasiyasına uyğun olmadığını” vurğulayıb.

Milyarder Bidzina İvanişvilinin əsasını qoyduğu Gürcü Arzusu 2012-ci ildən hakimiyyətdədir. Partiya Gürcüstanın Aİ-yə inteqrasiyasına daha yaxşı hazırlaşmaq üçün gərəkən islahatların icrasında bacarıqsızlıq, yaxud həvəssizliyinə görə tənqid olunub.

Qərb diplomatlarına tənqid

Gürcü Arzusunun sədri İrakli Kobaxidze Aİ-nin səfiri Karl Hartzeli kəskin tənqid edərək onun Gürcüstan-Aİ münasibətlərində “yalnız mənfi rol” oynadığını deyib. Səfir iyulun 20-də ölkədən getdiyini açıqlayıb.

Partiya üzvü Nikolos Samxaradze deyib ki, Hartzel “Gürcüstanın Aİ-yə namizəd statusu alması üçün daha yaxşı işləyə bilərdi”.

Kobaxidze əlavə edib ki, Qvaramiya işiylə bağlı “hər hansı müdaxilənin olmasına dair” Deqnandan “aydın izahat, yaxud təkzib” gəlməməsindən narahatdır.

İyulun 20-21-də Avropa Parlamentinin altı üzvlük nümayəndə heyəti Tbilisidə səfərdə olub, Gürcüstanın Aİ Assosiasiya Sazişinin icrası üzrə illik hesabata görə informasiya yığıb.

Nümayəndə heyətinin başçısı, Xarici İşlər Komitəsinin başçısı Deyvid Makalister Tbilisiyə çatandan sonra xəbərdarlıq edib ki, “vaxt gedir”, “indi Gürcüstan hökumətinin gürcü xalqının Avropa ambisiyalarını reallaşdırması üçün aydın siyasi iradə göstərməsi üçün vacib məqamdır”.

Aİ-nin xarici işlər üzrə təmsilçisi Jozep Borrelin sözçüsü Piter Stano tvitində Gürcüstanı kəskin tənqid edib.

“Yerinə yetirilməyən ambisiyalara görə başqalarını günahlandırmaq sizin Aİ-nin necə işlədiyini, islahatların ev tapşırığı olmağını anlamanız üçün daha çox vaxta ehtiyacınız olduğunu göstərir”, – Stano yazıb.

Gözdən qaçırmayın:  ABŞ-da Ukraynaya müasir qırıcıların verilməsini müzakirə edirlər

Gürcüstandan nələr tələb olunur

Avropa Komissiyası ötən ay Ukrayna və Moldovanın namizədliyini təsdiqləyib, Gürcüstan üçün prioritetlər müəyyənləşdirib. Bu, Tbilisidə etirazlara səbəb olub, nümayişçilər hökumətdən Brüsselin 12 əsas tövsiyəsini yerinə yetirməyi tələb ediblər.

Tələb olunan islahatlara siyasi qütbləşməyə son qoyulması, media azadlığı sahəsində proqres, ədliyyə və seçki islahatları, “oliqarxsızlaşdırma” daxildir. Sonuncuda İvanişvilinin partiyası və ölkə siyasətində nüfuzunun qalmasına eyham vurulur.

İyunun əvvəlində isə Avropa Parlamenti hüquqi qüvvəsi olmayan qətnamə qəbil edərək Qvaramiya işinə istinad edərək İvanişviliyə Gürcüstanda “dağıdıcı rol”una görə sanksiyalar tələb edir. Qətnamədə azad media və jurnalistlərin təhlükəsizliyinə risklərin olduğu deyilir.

Qvaramiyanı məhkum etmiş hakim Laşa Çxikvadze Rustavi 2-nin vebsaytında dərc olunmuş məktubunda ABŞ rəsmilərinin Qvaramiya işində onu sorğu-suala çəkməklə səlahiyyəti aşdığını qeyd edir. Hakim ABŞ səfirliyinin işçisi ilə görüşdüyünü sözlərinə əlavə edib.

Səfir Deqnan Birləşmiş Ştatların Gürcüstanda məhkəmə işinə müdaxiləsi haqda iddianın həqiqət olmadığını deyib.

Qvaramiya işi

24 saat” “
Gürcüstan rəsmilərinin Qərblə dərdi nədir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button