2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstan səfirliyi Əfqan Muxtarlının müraciətinə reaksiya verdi

”Səfir Bakıya dönəndən sonra jurnalistin müraciətinə cavab verəcək”

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın Bakıdakı səfirliyi jurnalist Əfqan Muxtarlının səfirlə görüşmək istəyinə reaksiya verib.

Bu barədə Gürcüstan səfirliyindən Meydan TV-yə bildiriblər ki, onlar jurnalist Əfqan Muxtarlının açıqlamasından xəbərdardılar:

“Səfir Teymuraz Şaraşenidze 2 gün əvvəl Tbilisiyə gedib. 1 həftədən sonra qayıdacaq. Bakıya dönəndən sonra jurnalistin müraciətinə münasibət bildirəcək”. 

İyunun 7-də həbsdə olan jurnalist Əfqan Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirinin onunla görüşə gəlməsini tələb edib. Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb. 

Ə.Muxtarlı hesab edir ki, Gürcüstan hökuməti onun olduğu və oğurlandığı küçələrdəki, yollardakı video kameraların lent yazılarını media vasitəsilə ictimaiyyətə təqdim etməlidir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button