2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Gürcüstan: Şengenə artıq vizasız da getmək olar

Fotonun müəllifi
Getty Images

Saytların yığılması Saytlarin yigilmasi

Image caption

Ağır iqtisadi vəziyyət bəzi Gürcüstan vətəndaşlarına Avropa ölklərində yaxşı güzaran qurmasına təkan verə bilər

Martın 28-dən etibarən biometrik pasportu olan Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə qısamüddətli səfər etmək üçün viza almaq lazım olmayacaq.

Vətəndaşları üçün Avropa İttifaqi ilə vizasız rejim əldə etmək üçün uzun yol qət edən Gürcüstan sovet ölkələri arasında ikincidir.

Gürcüstandan əvvəl Moldova (Aİ üzvü olan Baltika ölkələrini çıxmaq şərtilə) vizasız rejim əldə etmişdi.

Gürcüstan vətəndaşları vizasız hansı ölkələrə gedə bilərlər?

Biometrik pasportu olan Gürcüstan vətəndaşları viza olmadan Avropanın 30 ölkəsinə 90-180 gün ərzində səyahət edə bilərlər.

Gürcüstan vətəndaşlarına Şengen ərazisində yerləşən və ora daxil olmağa hazırlaşan namizəd ölkələrə səyahət etmək üçün də viza lazım olmayacaq.

O cümlədən Aİ üzvü olmayan – İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə də vizasız ölkələr siyahısına daxildir.

Lakin İrlandiya və Böyük Britaniyaya səfər etmək üçün əvvəlki kimi yenə də viza tələb olunur. Bundan başqa Avropa ölkələrində oxumaq və ya işləmək məqsədilə uzun müddət qalmaq üçün də viza almaq lazım gələcək.

Şengen zonasına daxil olan Gürcüstan vətəndaşlarından otel rezervasiyası, geriyə təyyarə bileti, bu zonada olmasını təmin etmək üçün vəsaitləri göstərən məlumatlar tələb oluna bilər.

Gürcüstan hökuməti Şengen zonasına buraxılmaları üçün vətəndaşlara bu sənədləri özləri ilə götürməyi tövsiyyə edib.

Vizasız rejim: kim istifadə edəcək?

Vizasız rejim qısa müddətli turistik səfərlər, ailəvi və işgüzar səfərlır üçün nəzərdə tutulub. Vizasız rejim Gürcüstan vətəndaşlarına Avropa ölkələrində işə düzəlmək hüququ vermir.

Rəsmi Tbilisnin məlumatına görə, vizasız rejimdən Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiya sakinləri də istifadə edə bilərlər.

Lakin faktiki olaraq tanınmamış hər iki respubllikanın rəhbərliyi bu təklifdən imtina edərək, bu qərarın yalnız Gürcüstan vətəndaşlarına aid olduğunu bəyan edib.

Bəzi gürcü səyahət agentliklərinin məlumatına görə, vizanın ləğv edilməsi Avropa ölkələrinə turizmlə bağlı müraciətləri artırıb və avia biletlərin qiymətinə də öz təsirini göstərib.

Love Travel agentliyinin meneceri Sofo Xitarişvilinin sözlərinə görtə, ötən illə müqayisədə bu il müraciət edənlərin sayı 35 faiz artıb və vizasiz rejim qüvvəyə mindikdən sonra daha da artacaq.

Xanım menecerin sözlərinə görə, avia biletlərin qiyməti də 40 faiz artıb. Bəzilərinin fikrincə isə indi onlar viza almaq üçün bürokatik mərhələlərdən çəkinməyərək istədikləri vaxt daha ucuz biletlər əldə edə bilərlər.

Lakin vizanın ləğv edilməsinə ehtiyatla yanaşanlar da var. Onların fikrincə, pasportunda viza möhürü ilə Avropaya getmək daha sakit idi, indi isə sərhəddə imtina təhlükəsi daha böyükdür.

Gürcüstan vətəndaşları arasında sərfəli qiymətinə görə Şərqi Avropa ölkəri daha məhşur idi. Lakin əhalinin bir hissəsi üçün Avropaya səyahət əvvəlki kimi yenə də bahalı və əlçatmayan, arzudur.

Gürcüstan vətəndaşlarının orta aylıq gəliri 2016-cı ildə 116 dollar, ailənin orta aylıq gəliri isə 419 dollar təşkil edib.

Vizasız rejimpozularsa nə baş verəcək

Aİ ilə vizasız rejim onun dayandırılması ilə bağlı yenilənmiş qaydalarla birgə qüvvəyə minib. Bu qayda girişə rədd cavablarının artması və ya əsassız sığınacaq müraciətlərinin sayının çoxalması vaxtı işə salına bilər.

Yenidən viza tələblərinin tətbiqi üçün şərt readmissiya məsələsilə bağlı Gürcüstanın kifayət qədər əməkdaşlıq etməməsi də səbəb ola bilər. Vizalar həmçinin Aİ-də daxili təhlükəsizliklə bağlı risklərin artmasına görə yenidən qaytarıla bilər.

Vətəndaşlar Avropa ölkələrində qaydaları pozmasınlar deyə Gürcüstan hökuməti informasiya kampaniyasına başlayıb. Gürcüstan öz vətəndaşlarının sərhəddən keçməsini nəzarətdə saxlamaq niyyətindədir.

Tbilisi 3 ay ərzində Avropadan ölkəyə qayıtmayanlar barədə Aİ-ə məlumat verməlidir. Bundan sonra readmissiya mərhələsinin başlanması üçün qanunu pozan vətəndaşın axtarışına başlanacaq.

Vizasız rejimi pozan vətəndaşa Şengen ölkələrinə getməyə 5 il müddətinə qadağa nəzərdə tutulub.

Qaydanı pozanların 3 min avro dəyərində cərimə olunacağı da bildirilir.

Miqrasiya: risklər nə qədər yüksəkdir?

Gürcüstan hakimiyyətinin məlumatına görə gömrük-buraxılış məntəqələrində Şengen ölkələrinə getmək üçün vətəndaşlara vizasız rejim və sənədlər barədə məsləhətlər veriləcək.

Hansısa sənəd vizasız rejimin tələblərinə uyğun gəlmədiyi halda sərhəd nəzarətçisi bu barədə xəbərdarlıq edərək mümkün nəticələri izah edəcək.

Lakin ağır iqtisadi vəziyyət bəzi Gürcüstan vətəndaşlarını Avropa ölkələrində yaxşı güzaran axtarışına və qaydanı pozmağa sövq edə bilər.

Gürcüstanın Təhlükəsizlik və İnkişaf Mərkəzinin tədqiqatçısı Qogita Qvedaşvilinin sözlərinə görə, bir çox uğurlu islahatlara baxmayaraq, Gürcüstan vizanın verilməsinə imtina edilən dövlətlər arasında ən yüksək göstəricisi olan ölkədir.

2015-ci ildə bu göstərici 134 faiz təşkil edib. Ötən il 9 min insan Aİ ölkələrində sığınacaq almağa cəhd göstərsə də, onlardan yalnız 6,6 faizi qəbul olunub.

Vizasız rejim Gürcüstanın Avropaya inteqrasiyasına kömək edəcəkmi?

Viza rejiminin ləğv edilməsi yalnız praktik baxımdan deyil, həm də Aİ üzvü olmaq istəyən ölkələr üçün siyasi baxımdan da çox vacibdir.

Bəzilərinin fikrincə, vizasız rejimin tətbiq edilməsi Qərb əleyhinə təbliğatı zəiflədəcək və Gürcüstanın Qərb tərəfdarlarının sayını əhəmiyyətli dərəcədə artıracaq.

“Demokratiya institutlarının yaradılması uzun prossesdir, vizasız rejim isə konkret və hiss ediləcək bir addımdır ki, vətəndaşlar onu martın 28-dən istifadə edə biləcəklər”,- deyə Qvedaşvili bildirib.

Beynəxalq Demokratiya İnstititunun ötən ilin noyabrında keçirdiyi sorğunun nəticələrinə görə, əhalinin 72 faizi Gürcüstan hökumətinin Aİ-ə üzv olması fikrini dəstəkləyir.

24saat.org

Mənbə – www.bbc.com/azeri

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button