2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Gürcüstan universiteti Cənubi Qafqazda birinci oldu

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti Times Higher Education World University Ranking 2018 dünyanın aparıcı universitetləri reytinqində yer alıb. Siyahıda 1,5 min universitet var. Ali məktəblər təhsil mühiti, araşdırmalar, təhsil səviyyəsi, həmçinin beynəlxalq əlaqə səviyyəsinə görə qiymətləndirilib.
Gürcüstan universiteti siyahıya düşən Cənubi Qafqazın yeganə ali məktəbi olub və reytinqdə Avropanın 400 universiteti arasında 301+-ci yeri tutub. Universitet dünya reytinqində 77 ölkədən 1500 universitet arasında 1001+ mövqedə qərarlaşıb. TDU-də 21,8min tələbə təhsil alır, bunun 2%-i əcnəbidir. Təhsil müəssisəsində 770-dən çox müəllim çalışır.
Reytinqdə ilk yeri Oksford universiteti yer alıb. Ikinci yerdə Kembric universitetidir. Növbəti yerlərdə ABŞ-ın Kaliforniya Texniki Universiteti, Stenford, Massacuset Texnoloji Universisteti, Harvard, Priston universitetləridir.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button