2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstan XİN-i Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb

”Faktiki vəziyyət bəlli olan kimi ictimaiyyətə məlumat veriləcək”

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstan Xarici İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə saxlanılaraq Bakıya gətirilməsilə bağlı bəyanat yayıb. Məlumatı Gürcüstanın onlayn agentliyi verib. 

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsilə (qanunsuz olaraq azadlığın qarşısının alınması) təhqiqata başlayıb:

“Paralel olaraq Azərbaycan tərəfilə kommunikasiya aparılır. Faktiki vəziyyət bəlli olan kimi ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə bəyanatda bildirilir. 

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri bildirib ki, Ə.Muxtarlı yaşıl sərhəd zolağı adlanan yerdə saxlanılıb ki, orada pasport lazım deyil:

“DİN istintaqa başlayıb, Azərbayan tərəfə müraciət edib. Yəqin ki, baş vermiş hadisə, onun harada saxlanması ilə bağlı rəsmi bəyanatlar olacaq. Azərbaycan tərəfi bildirir ki, Əfqan Muxtarlı buraxılış məntəqəsində yox, yaşıl sərhəd zolağını keçərkən saxlanılıb ki, orada da pasport lazım deyil”, – Qomelauri bildirib.

“Хроника+” qəzetinin jurnalisti Maka Mosiaşvili isə bildirib ki, Ə.Muxtarlı Laqodexi rayonunda sərhəd məntəqəsindən keçirilib. 

Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

“Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq”, – deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button