Gürcüstana 3 ayda 368 min Azərbaycan vətəndaşı səfər edib
Bu ilin yanvar-mart aylarında Gürcüstana 368 min Azərbaycan vətəndaşı səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Bu göstərici ilə Azərbaycan vətəndaşları bu ilin ilk üç ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədirlər.
İkinci yerdə 264 min nəfərlə (+15,3 faiz çox) Ermənistan, üçüncü yerdə isə 236 min nəfərlə (-13,7 faiz) gəlir. Rusiya 185 min nəfərlə 4-cü, İran isə 55 min nəfərlə 5-ci yerdədir.
Ümumilikdə bu ilin yanvar-mart aylarında Gürcüstana 1,26 milyon nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz çoxdur.
İki ayın göstəricilərinə görə, xarici qonaqlar ödəniş kartları vasitəsi ilə 293 milyon lari həcmində pul xərcləyiblər.
(report)
24saat.org
Mənbə – azadliq.info