2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstana sığınan fəal Azərbaycana verilə bilər

Gürcüstana sığınmış siyasi fəal Daşqın Ağalarlı bu ölkədən çıxarıla bilər.

Bu haqda Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun bildirdiyinə görə, D.Ağalarlı bundan sonra Gürcüstanda 1 ay qala bilər.

“Apellyasiya Məhkəməsi Tbilisi şəhər Məhkəməsinin Daşqın Ağalarlıya verdiyi oturum hüququnu ləğv edib. Artıq, həmin qərar D.Ağalarlıya təqdim edilib. Qərara əsasən o, bir ay ərzində Gürcüstanı tərk etməlidir”, – Ə.Muxtarlı bildirib.

Ə.Muxtarlı siyasi fəalın başqa bir ölkəyə getməsində də problemin olduğunu söyləyib.

“BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı onun 3-cü ölkəyə köçürülməsini təmin edə bilərdi. Ancaq bu mümkün olmayıb”.

Jurnalistin sözlərinə görə, hazırda D. Ağalarlının həyatına real təhlükə var.

Ə.Muxtarlı bildirir ki, D.Ağalarlı Azərbaycana qaytara bilərlər. Onun fikrincə bu da ağır nəticə verə bilər.

Xatırlatma

Müxalif fəal D. Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı.

Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.

Daşqın Ağalarlı Tbilisi Apellyasiya Məhkəməsinin qərarını Azadlıq Radiosuna dəyərləndirərkən axıra qədər hüquqi yollara baş vuracağını bildirmişdi.

Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövrü Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.

Onun 2013-cü il prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etdiyi bildirilir.

Britaniyada yerləşən Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi vurğulanırdı.

Azərbaycan rəsmiləri son vaxtlar D.Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button