Cəmiyyət

Gürcüstana yolumuz açılır – Martın 1-dən quru yolla gedə biləcəyik

Martın 1-dən etibarən tam vaksinlənmiş və ya son 72 saat ərzində əldə edilmiş neqativ cavablı PZR testi olan bütün xarici ölkələrin vətəndaşları quru, hava və ya dəniz yolu ilə Gürcüstana daxil ola biləcəklər.

Qərar Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası tərəfindən qəbul edilib.

Eyni zamanda, martın 1-dən etibarən müəssisələrə daxil olduqda istiliyin ölçülməsi, dezobaryerlərin qoyulması və işçilər üçün istilik jurnalının tutulması ləğv olunur.

Şuranın həmçinin, otellər üçün tətbiq olunan yeməkxana məhdudiyyətinin də 1 martdan etibarən ləğv olunduğu qərarını verib. Belə ki, otellər öz qonaqları üçün restoranlarını sərbəst şəkildə istifadə edə bilərlər.

Həmçinin, 4 martdan etibarən bar və klubların fəaliyyəti də bərpa olunur.

24 saat” “Gürcüstana yolumuz açılır – Martın 1-dən quru yolla gedə biləcəyik” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button