2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Gürcüstanda Ə.Muxtarlının müdafiəsi ilə bağlı aksiya keçirilib

Bu gün, mayın 31-i Tbilisidə Gürcüstan vətəndaş cəmiyyətinin nümayəndələri, mühacir azərbaycanlı jurnalist və fəallar Əfqan Muxtarlının saxlanaraq Azərbaycana aparılmasına etiraz ediblər.

Əllərində gürcü və ingilis dilində «Əfqan Muxtarlıya azadlıq!» yazılmış şüarlar tutan aksiya iştirakçıları baş verənləri pislədiklərini bəyan ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

«Dünənki hadisədən sonra artıq Gürcüstan siyasi mühacirlər üçün etibarlı yer sayıla bilməz. Düşünürəm ki, Gürcüstan hökuməti öncə buna aydınlıq gətirməlidir ki, necə olub ki, öz ərazisindən oturum izini olan jurnalist oğurlanıb», – deyə aksiya iştirakçılarından biri sual edib.

Müəyyən müddətdir ki, Tbilisidə yaşayan və Azərbaycana qaytarılması gündəmdə olan siyasi mühacir Daşqın Ağalar da hesab edir ki, bu işdə hər iki tərəfin, həm Azərbaycanın, həm də Gürcüstanın əli var.

«Son bir ilə kimi Gürcüstan demokratik dəyərləri qoruyurdu, amma son bir ildə elə bil ki, geri çəkilmələr var. Əgər jurnalist ölkədən aparılırsa və hökumət də buna hər hansı reaksiya vermirsə, bu, artıq bu məsələdə ortaqlıqdır, şəriklikdir», – deyə D.Ağalar bildirib.

Aksiyaya qatılan Gürcüstan vətəndaş cəmiyyətinin təmsilçiləri isə bu məsələ ilə bağlı hökumət üzərində nəzarəti artıracaqlarını bildiriblər.

Onlar baş verənləri Gürcüstan demokratiyasına zərbə kimi dəyərləndiriblər.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlının mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlandığı bildirilir. Dünən mayın 30-u onun Azərbaycana gətirildiyi deyilir.

Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.

«Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Yəni, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar. Yəqin ki, həbs-qətimkan tədbirinin seçilməsinə sabah, mayın 31-i məhkəmədə baxılacaq»,-deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.

Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button