2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gürcüstanda daha bir operator hücuma məruz qalıb

Şahidlərin dindirilmək üçün polis bölməsinə aparıldığı bildirilir.

Murman Zoidzenin sözlərinə görə, o, çəkilişə hazırlaşarkən bir neçə gənc ona yaxınlaşaraq əvvəlcə sözlü, sonra isə fiziki təzyiq göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

“Çəkiliş üçün hazırlaşırdıq, mikrofonu gördülər və mənə şifahi və fiziki təzyiq göstərdilər”, – Murman Zoidze deyib.

Daha öncə isə “TV Pirveli”nin başqa bir operatoru da hücuma məruz qalıb.

2021-ci il iyulun 5-də Tbilisidə radikal qruplar tərəfindən döyülən gürcü tele-operator Lekso Laşkarava aldığı xəsarətlərdən bir neçə gün sonra həyatını itirib.

Ötən il iyulun 5-də Tbilisidə əsas Rustaveli prospektində LGBTQİ+ vətəndaşlar Pride Həftəsinin yekun tədbiri olan qürur yürüşü keçirilməli idi.

Amma bunun əvəzinə bütün günü prospektdə radikal homofob və ultra-sağ qrupların görünməmiş zorakılıqları yaşandı.

Operator da həmin gün Tbilisidə homofob qrupların hücumuna məruz qaldı.

O, aksiyadan öncə Leksoya “Shame” Hərəkatının ofisində çəkiliş apardığı zaman döyüldü.

Aldığı xəsarətlərdən üzünün sümükləri sınan Lesko həmin gün əməliyyat olunsa da, iyulun 11-də səhər anası onu yatağında ölü tapdı.

Həmin vaxt onun burnundan qan gəlmişdi.

Həmin gün Tbilisidə daha 53 nəfər reportyor və operatora hücum olundu.

Ümumilikdə 55 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button