2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstanda Daşqın Ağalarlı da saxlanıb

Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəal Daşqın Ağalarlını bu gün, mayın 30-u günün ikinci yarısı gürcü polisi saxlayıb.

Bu haqda onun özü xəbər verib.

Saytların yığılması Saytlarin yigilmasi

D.Ağalarlıya saxlanmasının səbəbi izah olunmayıb.

O, deyib ki, Gürcüstandan Azərbaycana gətirilmiş jurnalist Əfqan Muxtarlının hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransından sonra saxlanıb. Hazırda polis bölmələrindən birində olduğunu deyən D.Ağalarlı ilə sonradan əlaqə kəsilib.

Məsələyə, hələlik, Gürcüstan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə, müxalif fəal D.Ağalarlının Gürcüstandan deportasiya ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Bundan öncə də, Tbilisi şəhər Məhkəməsi Daşqın Ağalarlıya verilmiş oturum hüququnu ləğv etmişdi. Gürcüstan Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvədə saxlayıb. Qərara əsasən o, iyunun 10-a qədər Gürcüstanı tərk etməlidir.

Xatırlatma

D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı.

Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək onu İnterpol xətti ilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.

Daşqın Ağalarlı Tbilisi Apellyasiya Məhkəməsinin qərarını Azadlıq Radiosuna dəyərləndirərkən axıra qədər hüquqi yollara baş vuracağını bildirmişdi.

Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövrü Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.

Onun 2013-cü il prezident seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə etdiyi bildirilir.

Britaniyada yerləşən Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi vurğulanırdı.

Azərbaycan rəsmiləri son vaxtlar D.Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Bir gün əvvəl, mayın 29-da Azərbaycandan getmiş jurnalist Əfqan Muxtarlının da Tbilisidə saxlandığı bildirilir. Onun isə bu gün, mayın 30-da Azərbaycana gətirildiyi deyilir.

Azərbaycandan gedib Gürcüstana sığınan fəallar bu iki hadisədən sonra öz taleləri ilə də bağlı narahatlıqlarını ifadə edirlər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button