Loading...
Loading...
İqtisadiyyat

Gürcüstanda dincəlmək artıq çox baha olacaq, çox…

Gürcüstanın Milli Statistika Xidməti inflyasiya hesabatı yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin martında əvvəlki ilin eyni ayına nəzərən 11,8 faiz bahalaşma qeydə alınıb.

Tərəvəzin 27 faiz, alkoqolsuz içkilərin 24,6 faiz, çörək və un məmulatlarının 23,5 faiz, şəkər və şirniyyatın 20 faiz, balıq məhsullarının 19 faiz, bitki yağları və piylərin 17,1 faiz, meyvənin 16,8 faiz, süd məhsulları və yumurtanın 15,3 faiz, qəhvə, çay və kakaonun 14,1 faiz, ət və ət məhsullarının 10,1 faiz, alkoqollu içkilər və tütün məmulatlarının 6,3 faiz, geyim və ayaqqabıların 0,5 dəyər artırdığı vurğulanır.

Nəqliyyat xidməti üzrə inflyasiya göstəricisi 21,6 faiz, mehmanxana, kafe və restoran xidmətləri üzrə 13,1 faiz, kommunal xidmətlər üzrə 8,4 faiz, təhsil xidməti üzrə 3,6 faizdir.

The post Gürcüstanda dincəlmək artıq çox baha olacaq, çox… appeared first on 24 saat.

24 saat” “Gürcüstanda dincəlmək artıq çox baha olacaq, çox…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Neft qıtlığı olmayacaq - İran Rusiyanın əvəzinə oyuna girir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button