2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Gürcüstanda erməni vətəndaşlarla polis arasında toqquşma olub (Video)

Gürcüstanın daxili işlər naziri Georgi Mğebrişvili təcili qaydada ölkənin Samtsxe-Cavaxeti regionuna səfər edib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha əvvəl ermənilərin kompakt yaşadığı bu əraziyə Gürcüstanın xüsusi təyinatlıları göndərilib.

Yerli mediada yayılan xəbərlərə görə sentyabrın 30-da buradakı Kumurdo kəndinin erməni əhalisi ilə polis arasında toqquşma baş verib.

Hadisə nəticəsində polis əməkdaşları da daxil bir neçə nəfər xəsarət alıb. Insident polis yerli əhalini kənddəki kilsəyə buraxmayanda başlanıb.

10-cu əsrə aid bu kilsədə ötən yaydan bəri bərpa işləri aparılır və Kumurdo erməniləri bərpa işləri zamanı tapılan qədim insan qalıqlarının dəfni yerində xaçkar və ya xaç abidəsi ucaltmaq istəyirdilər.

Kumurdo kəndində gürcülərdən başqa ermənilər də yaşayır. Aşkar olunmuş sümüklər Gürcüstan və Ermənistanın dini rəhbərləri arasında danışıqlardan sonra dəfn olunmuşdu.

Daxili işlər naziri artıq Kumurdoda yerli əhali ilə görüşüb və xəsarət alanlara baş çəkib.

Hazırda mərkəzi və regional hökumətlərin nümayəndələri kənddə xaçkarın qoyulması üçün danışıqlardadır.

[youtube https://www.youtube.com/watch?v=IPixKLXIaX0?feature=oembed&w=500&h=281]

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button