2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcüstanda etiraz aksiyası başladı

Müxaifət tərəfdarları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər

Gürcüstanda Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları paytaxt Tbilisidə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.

24saat.org Report-a istinadən xəbər evrir ki, aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər.

Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tbilisinin Rustaveli prospektinə toplaşmağa çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstanda Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.

Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: “Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Dövlət başçısı məqsədinin Gürcüstanda vropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: “Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.

O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: “Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.

Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button