2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gürcüstanda etiraza səbəb olan qanun layihəsi parlamentdən geri götürüldü

Yayımlandı: 9 Mart 2023 11:24

“Gürcü Arzusu” və “Xalqın Gücü” layihə ilə bağlı iddiaları qəbul etmir

Gürcüstanda günlərdir ki, etirazlara səbəb olan qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlinib.

Saytların yığılması Saytlarin yigilmasi

 “Xarici agentlər haqqında” qanun layihəsini hakim “Gürcü Arzusu” Partiyası və “Xalqın Gücü” Hərəkatı birinci oxunuşda qəbul etmişdi.

Martın 7-8-də parlament binası yaxınlığında minlərlə mitinq keçirən nümayişçilərin tələbini hakimiyyət orqanları təmin edib.

Etirazlarda polis iştirakçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, nümayişçilər daş atıb, zibil qutularını yandırıb, barrikadalar qurub.

Hakim “Gürcü Arzusu” Partiyası və “Xalqın Gücü” Hərəkatı etirazlarla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, qanun layihəsi ilə bağlı yanlış təbliğat aparılıb:

“Qəbul edilən qanun layihəsinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu görürük. “Yalan maşını” qanun layihəsini mənfi tərəfdən təqdim edərək əhalinin müəyyən hissəsini çaşdıra bildi. Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vuruldu və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə Avropa kursundan uzaqlaşma kimi təqdim olundu. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb etməyə nail olublar. Zorakılığa səbirlə və ən yüksək standartlarla cavab verən hüquq-mühafizə orqanlarının qəhrəmanlarına təşəkkür edirik”.

Foto: Meydan TV

“Biz ölkəmizdə sülhə, əmin-amanlığa və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolu ilə irəliləməsinə ən çox diqqət yetirməliyik. Ona görə də bütün həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır.

Bütün qeyd olunanları nəzərə alaraq, cəmiyyətin hər bir üzvü qarşısında cavabdeh olan hökumət olaraq, heç bir qeyd-şərtsiz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəldik”, – hakim partiyanın və “Xalqın Gücü”nün bəyanatında deyilir.

Hər iki partiya bildirir ki, gələcəkdə qanun layihəsi ilə bağlş əhali ilə görüşlər keçiriləcək, təşəbbüsün əhəmiyyətindən danışacaqlar:

“Emosional fon sakitləşdikdən sonra qanun layihəsinin nə üçün qəbul edildiyini və ölkəmizdə xarici təsirin şəffaflığının təmin edilməsinin nə üçün vacib olduğunu ictimaiyyətə daha yaxşı izah edəcəyik. Bunun üçün əhali ilə görüşlərə başlayacağıq və məsələnin hər bir detalı ilə bağlı bütün həqiqətləri geniş ictimaiyyətə çatdıracağıq.

Biz hakim qüvvə olaraq cəmiyyətin hər bir üzvü qarşısında daşıdığımız xüsusi məsuliyyətlə hərəkət edirik”.

Bəyanatda qeyd edilir ki, Gürcüstan sülh və sabitliyi qoruyub saxlayacaq və gürcü cəmiyyətinin əsas seçimi olan Avropaya doğru ləyaqətlə irəliləməyə davam ediləcək.

Hakim “Gürcü Arzusu” partiyasından çıxdıqlarını rəsmən elan edən “Xalqın Gücü” hərəkatının üzvləri parlamentə iki qanun layihəsi təqdim ediblər – “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında”.

Tbilisi.Foto: Reuters

Xalqın Gücü üzvləri birinci qanun layihəsini “Gürcüstan”, ikincisini isə “Amerikan” adlandırırlar.

İkinci sənədin “Gürcüstan” Xalq Gücü təşəbbüsü ilə müqayisədə onun nə qədər repressiv olduğunu göstərmək üçün parlamentə təqdim edilən ABŞ Xarici Agentlərin Qeydiyyatı Aktının (FARA) tərcüməsi olduğu deyilir.

Sənəddə, xüsusilə, qanunu pozanların təkcə, inzibati deyil, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.

Gürcüstan müxalifətinin, QHT və jurnalistlərin nümayəndələri, Aİ ölkələri və ABŞ hesab edir ki, Gürcüstan hakimiyyəti Rusiyanın “xarici agentlərlə” mübarizə təcrübəsini mənimsəmək və ölkədə repressiv mexanizm yaratmaq istəyir.

Brüssel bəyan edib ki, bu cür qanunların qəbulu Gürcüstanın Avropa İttifaqına namizəd statusu almaq üçün tövsiyələrin icrası, Aİ-nin norma və dəyərlərinə uyğun gəlmir.

“Xalqın Gücü” və hakim “Gürcü Arzusu” partiyası hər iki qanun layihəsini birinci oxunuşda təsdiq etməyi, sonra isə Venesiya Komissiyasına göndərməyi planlaşdırırdı.

Meçta bildirib ki, Venesiya Komissiyası əsassız açıqlamalar verərsə, yenə də sənədi təsdiq edəcəklər.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini martın 9-da etməyi planlaşdırsalar da, deputatlar sürətləndirilmiş rejimdə, martın 7-də birinci oxunuşda bəyənilib.

Sənədin lehinə “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyalarının 76 deputatı səs verib.

Gürcüstan Prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanuna veto qoymaq hüququndan istifadə edəcəyinə söz verib. Bu halda hakim partiya vetonu ləğv edə bilər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button