2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gürcüstanda Muxtarlı ilə bağlı qalmaqal böyüyür

Azərbaycan tərəfi faktiki olaraq bizi ittiham edir ki, dövlət sərhəddimiz qorunmur. Bunu “Gürcüstan – beynəlxalq şəffaflıq” təşkilatının icraçı direktoru Eka Giqauri Dövlət Təhlükəsizlik Xidməti rəisinin bəyanatına cavab olaraq deyib. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi jurnalist Əfqan Muxtarlının buraxılış məntəqəsində deyil, “yaşıl sərhəd” də saxlanıldığını bildirib.

Giqaurinin sözlərinə görə, “yaşıl sərhəd”dən keçmək o deməkdir ki, şəxs sərhəddi nəzarət-buraxılış məntəqəsindən keçməyib. Bu ərazidə də patrul olmalıdır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu bəyanatla Azərbaycan tərəfibizə deyir ki, sizin dövlət sərhəddiniz faktiki olaraq qorunmur. Bu da dolayısı ilə dövlətə qarşı ittihamdır. Çünki dövlət öz sərhəddini qoruyanda “yaşıl sərhəd”dən keçmək olmur. Ancaq ən əsası odur ki, bizim xüsusi xidmət orqanları jurnalistin vəkilinin dediklərinə cavab verməlidir. Vəkil bildirib ki, bu adam bizim xüsusi xidmət orqanlarının köməyi ilə oğurlanıb. Məhz ona görə deyirik ki, burda Avropa İnsan Haqları Konvensiyasl pozulub. Gürcüstan təqib edilən jurnalistin maraqlarını qorumalı idi. Ancaq onun ölkəsinə aparılmasına yardım edib. Orda isə jurnalistə ciddi problem yarana və ədalətli məhkəmə hüququndan məhrum ola bilər”, – deyə o qeyd edib.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button