24saat.org Gürcüstanda prezident seçkiləri ilə bağlı “exit-poll” nəticələri - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Gürcüstanda prezident seçkiləri ilə bağlı “exit-poll” nəticələri

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı keçirilmiş “exit-poll”un nəticələri açıqlanıb.

24saat.org “Report”a istinadən xəbər verir ki, “Rustavi 2” televiziya kanalının sifarişi ilə “Edison Research” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 55%, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Həmçinin “Gallup International” təşkilatının keçirdiyi  “exit-poll”un nəticələri də açıqlanıb: S.Zurabişvili 58%, Q.Vaşadze isə 42% səs qazanıb. Təşkilat “exit-poll”u “İmedi” televiziya kanalının sifarişi əsasında həyata keçirib.

Foto AFP

24saat.org xatırladır ki, oktyabrın sonunda keçirilən preizdent seçkisində iştirak edən 25 namizəddən heç biri birinci turda qələbə qazanmaq üçün yetərli say toplamayıb.

İlkin nəticələrə görə, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Salome Zurabişvili 38.6 faiz, yəni tələb olunan 50 faizdən daha az səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze 37.75 faiz səs toplayıb.

Gürcülər bu seçkilərdə sonuncu dəfədir ki, ölkə prezidentini birbaşa səsvermə yolu ilə seçirlər. Yeni prezident altı il müddətinə seçiləcək və bu vəzifədə 2013-cü ildən oturmuş Georgi Margvelaşvilini əvəz edəcək.

Gürcüstanın bundan sonrakı prezidenti isə yeni Konstitusiyaya görə, 2024-cü ildə 300 seçicidən ibarət Seçki Kollegiyası tərəfindən seçiləcək.

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.