2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gürcüstanda Saakaşvilinin azadlığı uğrunda hərəkat güclənir

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları və onun Vahid Milli Hərəkat Partiyasından olan fəallar, habelə cəmiyyətin müxalif əhval-ruhiyyəli nümayəndələri və mədəniyyət xadimləri dekabrın 26-dan prezident Salome Zurabişvilinin iqamətgahı qarşısında müddətsiz piket keçirilməsinə başlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Aksiyanın təşkilatçısı universitet professoru Georgi Mumladze deyib ki, aksiya iştirakçıları Saakaşvilinin dərhal əfv edilməsi barədə tələbnaməni prezident administrasiyasına təqdim ediblər.

Bu yaxınlarda, o cümlədən həm də ölkə xaricində tanınan 500-dək qadın Zurabişviliyə eyni tələblə müraciət edən məktub göndəriblər.

Onlar prezidenti Saakaşvili barədə mərhəmət nümayiş etdirməyə çağırıblar.

Bundan əvvəl Zurabişvili keçmiş prezindentin heç bir vəchlə bağışlanmayacağını demişdi.

Bu arada Saakaşvilinin müdafiəsinə Rusiya müxalifət liderlərindən Mixail Xodorkovski də qalxıb.

O Twitter-də yazıb ki, “Saakaşvilinin pərəstişkarı deyil, amma o indi siyasi məhbus olduğundan onu müdafiə edir”.

Ötən həftə Saakaşvili Rusiyanın tanınmış ictimai xadimlərindən Mark Feyginə müraciət etmişdi.

Saakaşvili Feyginə göndərdiyi məktubda iddia edirdi ki, onu həbsxanada Rusiya prezidentinin göstərişi ilə zəhərləyiblər.

Bundan sonra Gürcüstanın cəzaların icrası departamaneti Saakaşviliyə məktub göndərməyi qadağan edib.

Saakaşvili səlahiyyətlərin aşılması ittihamı ilə hazırda 6 illik həbsxana cəzası çəkir.

Gürcüstanda ona qarşı daha bir neçə cinayət işi qaldırılıb. Bunlardan biri də ölkə sərhədinin qanunsuz keçilməsidir.

O vaxt Saakaşvilini həbs etmişdilər. O əvvəlcə Tbilisi həbsxanasında saxlansa da, sonradan səhhəti ilə bağlı mülki klinikaya köçürülüb.

24 saat” “
Gürcüstanda Saakaşvilinin azadlığı uğrunda hərəkat güclənir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button