2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Gürcüstanda yol qəzası: 11 azərbaycanlı xəsarət aldı

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və “Lada” markalı minik maşını toqquşub. Nəticədə 11 azərbaycanlı xəsarət alıb. Onlardan biri Azərbaycan vətəndaşıdır.

Xəsarət alanların qohumlari bildiriblər ki, marşrut taksisində olan azərbaycanlılar Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Onların vəziyyətləri orta-ağırdır.

Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib ki, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: “Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaq”.

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib.

 

“Report”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button