2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Gürcüstandan Azərbaycana avtomobil ixracı 64,8% artıb

2021 -ci ilin birinci yarısında Azərbaycan Gürcüstandan 113,5 milyon dollar dəyərində 16 min 906 avtomobil idxal edib.

Bunu Gürcüstan Milli Statistika Xidməti bildirib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 64,8 faiz (6 649 avtomobil) çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Birinci yarımildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,25 milyon dollar təşkil edib ki, bu da 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Bu dövrdə Azərbaycan 7,9 faiz payla Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ümumi ticarətdə Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

İlin birinci yarısında Gürcüstan Azərbaycana 244,3 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,1 faiz çoxdur.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxalı 6,7 faiz azalaraq 248,8 milyon dollara düşüb.

marja

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button