2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Gürcüstandan pul gətirməmişəm, əksinə, buradan pul aparmışam”

Gözəl Bayramlı: “Mənim həbsim də AXCP-yə qarşı repressiyanın davamıdır

Gəncə Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Gözəl Bayramlının 3 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılıb. 24saat.org azadliq.info saytına istinadən xəbər verir ki, məhkəmədə əvvəlcə prokuror çıxış edərək, məhkəməyə göndərdikləri etirazın qəbul olunmasını istəyib. Vəkil Elçin sadıqov etiraz edərək bildirib ki, etirazın verilməsi üçün 10 günlük vaxt nəzərdə tutulub, prokuror luq isə o vaxtı ötürüb. Vəkilin dediyinə görə, etiraz fevralın 28-də məhkəməyə göndərilib.

Prokuror isə bildirib ki. Fevralın 16-da göndərilib. Vəkil bunu təsdiqləyən sübut istəsə də, heç nə olmayıb.

Hakimlər prokurorun etirazını qəbul edib.

Saytların yığılması Saytlarin yigilmasi

Daha sonra Gözəl Bayramlının vəkili Elçin Sadıqov çıxış edərək apellyasiya şikayıtinin dəlillərindən danışıb. Bildirib ki, Gözəl Bayramlı 25 mayda Azərbaycana gələndə üzərində 12 min dollar olması haqda ittihamla saxlanılıb. Ayın 27-də onu həbs-qətimkan tədbiri üçün məhkəməyə çıxaranda Gürcüstan-Azərbaycan sərhəd-buraxılış məntəqəsindəki kameraların yaddaşına baxış keçirilməsinə dair vəsatət veriblər. Eyni məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə və Gömrük Komitəsinə də müraciət olunub. Bir ay sonra cavab verilib ki, görüntülər saxlanmayıb. Çünki saxlanma müddəti bir aydır.

Vəkil onu da qeyd edib ki, 2010-2012-ci illərdə Dövlət Sərhəd Xidmətinə qrant layihəsi ilə aparatlar təqdim olunub. O aparatların yaddaşındakı görüntülərin saxlanma müddəti bir aydan çoxdur.

Elşin Sadıqov söyləyib ki, adətən Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq) maddəsilə bağlı cinayət işlərində gömrük orqanı, sərhəd xidməti özü kamera görüntülərini verir: “Bu işdə isə gizlətdilər. Biz Gözəl xanımın həbsindən dərhal sonra pulların üstündə onun əl izlərinin olmadığını sübut etmək üçün ekspertiza keçirilməsini istədik. Bunu da eləmədilər”.

Vəkil bildirib ki, Gözəl Bayramlı xüsusi xidmət orqanları tərəfindən izlənilib. Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin bu işdəki məktubları da onu sübut edir: “Bu orqanların məktublarında Fərman Ceyranlının, Əfqan Muxtarlının, Daşqın Ağalarlının adları var. Bu da sübut edir ki, Gözəl Bayramlının izlənməsi haqda deyilənlər həqiqətə uyğundur”.

Daha sonra Gözəl Bayramlı çıxış edib:

“Vəkilim Elçin Sadıqov ətraflı danışdı, ona görə həmin detalları təkrarlamaq istəmirəm. Amma bəzi məqamlara toxunacağam. Ölkədə məhkəmə sistemi bərbad vəziyyətdədir. İstər ilkin istintaqda, istərsə də birinci instansiya məhkəməsində verilən vəsatətlərimizin heç biri təmin olunmayıb. Bu məhkəmə də həmin ssenari ilə davam edəcək. İlkin baxışda məhkəmənin qismən istintaq aparılmasına dair və başqa vəsatətlərimizin heç biri təmin olunmadı. Bu da indiki məhkəmənin əvvəlkilərdən fərqli olmayacağının sübutudur.

Mən Gürcüstandan gələndə pul gətirməmişəm, əksinə, buradan pul aparmışam. Rusiyadan qardaşımın göndərdiyi pulu müalicə məqsədi ilə aparmışam, orada müalicə olunmuşam, əməliyyat keçirmişəm. Azərbaycan banklarından sənəd alıb, bunu özləri də görə bilərlər. Bütün banklar öz əllərindədir.

Mənim həbsim siyasi fəaliyyətimlə bağlıdır və qisasçılıq məqsədi daşıyır. Baş verənlər AXCP-yə qarşı qisasçılıq və repressiyanın davamıdır. On aydan artıqdır həbsdəyəm. Həbsdə olduğum müddətdə hakimiyyətin bizim bilmədiyimiz tərəflərini də gördüm. Onun daha hansı əməllərlə məşğul olduğunu bildim. Mənim izləndiyimi bilirdim. Bunları bilə-bilə xaricdən gətirməzdim. Gətirsəydim belə, bunu gömrükdə bəyan edərdim. Əllərində bircə sübut varsa, onu ortaya qoysunlar. Mənim həbsimdən bir neçə gün sonra Əfqanın başına torba keçirilməsi də göstərdi ki, bütün bunlar əvvəlcədən hazırlanıb, öz mətbuatlarına ötürdükləri ssenarinin tərkib hissəsidir. DTX və Xarici Kəşfiyyat Xidməti də bu ssenaridə rol alıb. Bu da sübut edir ki, bu işin sifarişi ən yüksək səviyyədə verilib. Ona görə də vəsatətlərimizin heç biri təmin olunmadı. Bu məhkəmədən də heç bir gözləntim yoxdur. Elçin Quliyevin üç qohumunun və iki növbətçi şahidin iştirakı ilə mənə qarşı bu oyun quraşdırıldı”.

G.Bayramlı həbsinin siyasi sifariş olduğunu deyəndə dövlət ittihamçısı etiraz edib. Bildirib ki, məhkəmədə siyasi mülahizələrə yol verilməməlidir.

Gözəl Bayramlı cavabında bildirib ki, həbsi başdan-ayağa siyasidir: “Mənim kimliyim xalqa bəllidir. Ən əsası, mən bundan rahatam. Hər kəs mənim şərləndiyimi, həbsimin sifarişinin ən yüksək dairədən gəldiyini bilir”.

Daha sonra məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra məhkəmənin aprelin 2-nə qədər təxirə salındığı elan edilib. Məhkəmə 2 aprel saat 11:00-dan davam etməlidir.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button