Now Reading:
Gürcüstanın Azərbaycana borcu azalıb

2017-ci il dekabrın 31-nə olan məlumata əsasən Gürcüstanın Azərbaycana olan xarici borcu 8,855 milyon dollar təşkil edir.

APA-nın yerli bürosunun Gürcüstan Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 0,14 mln. dollar azdır.

Gürcüstanın ümumi xarici dövlət borcu 5 mlrd. 177,390 mln. dollar təşkil edir ki, bunun da 5 mlrd. 091,942 mln. dolları hökumətin payına düşür.
Qonşu ölkənin ən çox Almaniya (286,457 mln. dollar), Yaponiya (210,312 mln. dollar) və Fransaya (138,989 mln. dollar) borcu var. Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana dövlət borcu müvafiq olaraq 16,981 mln., 70,616 mln. və 10,027 mln.dollar təşkil edir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.