Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Gürcüstanın taxıl ehtiyatı tükənib: Aclıq olacaqmı?

“Gürcüstanın taxıl ehtiyatı faktiki olaraq tükənib və yaxın günlərdə dəyirmanlarda iş dayanacaq”.

TASS xəbər verir ki, bunu Gürcüstan Taxıl və Un istehsalçıları Assosiasiyasının rəhbəri Levan Silqava “İnterpressnyus”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır ölkəyə buğda əvəzinə un idxal olunur: “Bu gün taxıl ehtiyatları faktiki olaraq tükənib. Gürcüstan qanunlarına əsasən, un idxalına vergi yoxdur, ancaq bir ton taxıla 120 dollar vergi tələb olunur”.

Qeyd edək ki, Gürcüstan ildə 650 min ton taxıl istehlak edir. Respublika bu ehtiyacın 15 faizini ödəyir, qalan hissəsinin çoxunu Rusiyadan idxal edir.

“Gürcüstanın iki aylıq un ehtiyatı var, buna görə də çörək istehsalı təhlükə altında deyil”.

Bunu Gürcüstanın Çörək Məmulatları İstehsalçıları Assosiasiyasının direktoru Malxaz Dolidze deyib.

Onun sözlərinə görə, kəskin qiymət artımına görə Gürcüstana buğda idxal edilmir: “Lakin bəzi unüyüdən müəssisələr un tədarük edirlər və bu tendensiya buğdanın qiyməti sabitləşənə qədər saxlanılacaq”.

Məsələyə münasibət bildirən Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini Giorgi Xanişvili deyib ki, un idxalı avtomatik olaraq buğda ehtiyatının azalmasına gətirib çıxarıb.

O bildirib ki, Gürcüstan əhalisinin ucuz çörək əldə etməsi üçün hökumət ucuz unun idxalını asanlaşdırıb və ölkədə un ehtiyatı ilə bağlı problem mövcud deyil.

Nazir müavini qeyd edib ki, ölkədə hər hansı bir qida məhsulu ilə bağlı qıtlıq yoxdur: “Gürcüstan istənilən ərzaq məhsulu ilə təmin olunur, hər hansı bir qida məhsulunun defisiti ilə bağlı əlamət müşahidə edilmir”.

24 saat” “Gürcüstanın taxıl ehtiyatı tükənib: Aclıq olacaqmı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun