2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gürcüstanla sərhəddə bir qrup qaraçı saxlanılıb

Bakı/10.09.21 Sentyabrın 7-də Gürcüstan sərhəddində 13 nəfərdən ibarət qrup saxlanılıb. Qrup sərhəd- keçid məntəqəsindən yan keçməklə Azərbaycana daxil olmaq istəyib. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, qanunu pozanlardan ikisi törədilmiş hüquqpozmalara görə axtarışdadır. Faktla bağlı cinayət işi başlanıb.

Üç azyaşlı uşaqdan başqa digər böyüklər cinayət məsuliyyətinə cəlb olunublar.

Son dövrdə Azərbaycan sərhəddinin Gürcüstan tərəfindən qaraçı millətindən olan şəxslər tərəfindən pozulması halları çoxalıb. 2020 və 2021-ci illərdə Gürcüstan-Azərbaycan sərhəddini 34 dəfə pozan 140 nəfər saxlanılıb. Onların arasında 63 azyaşlı uşaq olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu cür pozuntuların qarşısının alınması üçün tədbirlər görülür, məlumatda deyilir. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button