2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

'Güzəştli mənzil'də nəticələr ləğv edilib

Satışın ədalətli keçirilməsi məqsədilə həmin 442 mənzilin seçimi yenidən olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

MİDA-nın növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin “Güzəştli mənzil” sistemi ilə satışının nəticələri ləğv edilib. Bu barədə iyulun 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.

Bildirilir ki, başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri CM-nin 273.3.1, 273.3.2-ci (qabaqcadan bir qrup şəxsin kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxiləsi) maddələri ilə məsuliyyətə alınıblar: “…Müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğvi barədə qərar qəbul edilib”.

Vurğulanır ki, satışın ədalətli keçirilməsi məqsədilə həmin 442 mənzilin seçimi yenidən olacaq: “Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək”.

Rəsmi açıqlamaya, hələlik, həmin seçimdə mənzil almaq hüququ alan şəxslərin, həbs edilənlərin və ya onların vəkillərinin münasibətini öyrənmək mümkün olmayıb.

MİDA-nın güzəştli mənzillərinin satışı ilə bağlı son illər müxtəlif narazılıqlar olub. Xüsusilə də bu il martın 30-da satışın dörd saniyəyə gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi iddia olundu. Agentlik təmsilçiləri isə prosesi şəffaf və qanunvericiliyin tələblərinə uyğun apardıqlarını açıqlamışdılar.

Sosial evlərin tikintisi ilə məşğul olan MİDA Prezident İlham Əliyevin 2016-cı ilin aprelində imzaladığı sərəncamla yaradılıb. Agentliyin əsasnaməsinə görə, başlıca məqsəd vətəndaşların güzəştli mənzil əldə etmələrinə şərait yaratmaqdır.

MİDA-nın açıqlamasına görə, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib vətəndaşların mənzil almaq hüququ var. Söhbət ölkənin ərazi bütövlüyü uğrunda həlak olanların ailələri və başqa kateqoriyalardan gedir. Müraciət edən gənc ailələrin yaşı 35-dən yuxarı olmamalıdır. Mənzil ipoteka krediti ilə alındığı zaman 10 faiz minimal ödəniş tələb olunur. Kredit illik 4 faiz dərəcəsi olmaqla 3-30 illiyə verilir. Bu mənzillərin ipoteka kreditləri ilə alınan adi mənzillərdən daha ucuz başa gəldiyi deyilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button