Həbib Hüseynzadə -Metropoliten rəisinin milyonçu oğlu

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və oğlu Həbib Hüseynzadə niyə qanunlardan üstündür?

Zaur Hüseynovun neftçi oğlu Həbib Hüseynzadə Britaniyada daşınmaz əmlak biznesi ilə məşğuldur

Həbib Hüseynzadə Azəri-Çıraq-Günəşli yatağında qazma qurğusunda çalışır. 

Transmilli neft-qaz şirkətlərindən birində mühəndis kimi pis qazanmır. Amma bu qazancı ona Birləşmiş Krallıqda hazırda 4,8 milyon funt sterlinq dəyərində aktivləri idarə edən şirkət qurmaq üçün yəqin ki, yetərli sayılmazdı. Əgər atası Zaur Hüseynov“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri oğluna dəstək olmasaydı.

Zaur Hüseynov oğlunun təhsilinə 500.000 ödəyib

“Baku Oxford School”da orta məktəbi 2008-ci ildə başa vuran Həbib Hüseynzadə Britaniyaya gedib. Linkedin sosial platformasında o, Şotlandiyada əlavə orta təhsil (Gordonstoun School) aldıqdan sonda Edinburq Universitetinə daxil olduğunu xronikasına yazır. 22 yaşında Heriot-Vatt Universitetini neft mühəndisi ixtisası üzrə bitirib magistr diplomu ilə Bakıya qayıdıb.

Hesablamalara görə, onun bu illər ərzində təkcə təhsil müəssisələrinə ödənilməli olan xərcləri 148.200 ABŞ dolları (indiki məzənnə ilə 252.000 manat) və 112.500 funt (indiki məzənnə ilə 239.000 manat) təşkil edib.

Təhsil xərclərini qarşılayan atası Zaur Hüseynov həmin illərdə “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini işləyirdi. 2014-cü ilin fevralında Bakı Metropoliteninə yeni rəhbər gətiriləndən az sonra oğlu Həbib Hüseynzadə Britaniyada ali təhsilini tamamlayır, amma bu ölkə ilə əlaqələrini birdəfəlik kəsmir.

"Bakı Metropoliteni” QSC-in sədri Zaur Hüseynov
“Bakı Metropoliteni” QSC-in sədri Zaur Hüseynov

Həbib Hüseynzadə BP-də

2014-cü ildə Həbib BP-nin Xəzər dənizində istismar etdiyi neft yatağında bir il təcrübə keçir. Həbib Hüseynzadə Dövlət Təhlükəsizlik Xidmətində bir il işləyəndən sonra yenidən BP-yə qayıdır. Elə burada işləyə-işləyə Plimut şəhərində (İngiltərə) “Pinnacle West Limited” şirkətini alır. Qısa müddətdə onu inkişaf etməkdə olan daşınmaz əmlak şirkətinə çevirir.

“Pinnacle West Limited” şirkəti iyun ayında növbəti maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, onun daşınmaz əmlaka yatırımları bu ilin fevral ayının sonuna 3 milyon 255 min funt təşkil edir. Bundan əlavə, şirkətin 1,5 milyon funtdan çox digər aktivləri (davam edən inşaat işləri və s.) də var. Hesabatlarda bu pulların mənbəyinin bank krediti deyil, “digər borc” olduğu göstərilir. Amma borcu bu gəncə kimin və hansı şərtlərlə verdiyi hesabatda əks olunmayıb. Təkcə son bir il ərzində Həbib Hüseynzadənin şirkəti 3,5 milyon funt məbləğində ortamüddətli borc götürüb.

“Pinnacle West Limited” şirkəti tikinti ilə məşğuldur və Callington əyalətinin (İngiltərənin cənub-qərbi) kəndlərindən birində ikimərtəbəli yaşayış evi inşa edib.

Müəmmalı Morqan Filips

Şirkəti 2016-cı ilin fevralında Azərbaycanla sıx biznes təmasları olan Morqan Filips 50 funt məbləğində kapitalla təsis edib. Həmin ilin oktyabrından şirkətə nəzarət Həbib Hüseynzadə həyata keçib.

“Pinnacle West Limited” şirkətinin qeydiyyat ünvanı Plimut şəhərində Houndiscombe küçəsi, 6 nömrəli evdir. Bura hüquqi yardım xidmətləri göstərən şirkətlərdən birinin baş ofisidir. Həbib Hüseynzadənin şirkətinin faktiki ünvanı isə Morqan Filipsin çoxsaylı şirkətlərindən birinə məxsus Plimutdakı Embankment küçəsindəki mülkdür.

M.Filipsin “Guardian Industrial (UK) Limited” şirkəti 2016-cı ildə “Azərişıq” QSC-yə 4 647 176 manat 52 qəpik dəyərində 1 fazlı və 3 fazı elektron sayğaclar satıb. Sayğacların alınması tender yolu ilə olsa da, onların sayı ictimaiyyətə açıqlanmayıb. Bu tenderin qalibi “Guardian Industrial (UK) Limited” və onun Azərbaycandakı törəməsi olan “Abşeron Engineering” MMC ortaqlığı olub. Amma onların heç biri istehsalçı deyil. “Guardian Industrial (UK) Limited” şirkəti Azərbaycana satdığı elektrik sayğaclarını bu ölkənin “Landis+Gyr” şirkətindən tədarük etdiyini bildirir. Bu şirkət elektrik enerjisi sayğacları ilə yanaşı, təbii qaz və su sərfiyyatını ölçmə cihazlarının istehsalçısıdır.

2008-ci ilin iyul ayında Bakıda yaradılan “Abşeron Engineering” MMC-nin direktoru Morqan Filips, təsisçisi isə onun həyat yoldaşı, Rusiya vətəndaşı Mayina (Emirxanova) Filipsdir. Bu ailə Azərbaycanda biznesə 2004-cü ildə başlayıb və burada daha bir neçə şirkəti (“Guardian İndustrial Azərbaycan” MMC, “Kaspi LM” MMC, “LMP İnternational” MMC, “QBS Qafqaz Bizness Servisləri” MMC və “BBX Beynəlxalq Bizness Xidmətləri” MMC) var.

Dövlət satınalmalarına düşməyən satınalmalar

“Abşeron Engineering” MMC-nin korporativ internet saytında şirkətin Azərbaycandakı digər biznes qurumları ilə bərabər, “Azərişıq” ASC“Bakı Metropoliten” QSC ilə də əməkdaşlıq etdiyi göstərilir. Metropoliten bu şirkətdən kommersiya və layihə idarəetmə xidmətləri əldə edib. Amma dövlət satınalmaları portalında bunu təsdiq edən məlumat yoxdur.

Rusiya vətəndaşı Mayina Emirxanova və Morqan Filips
Rusiya vətəndaşı Mayina Emirxanova və Morqan Filips
Mənbə: Meydan.TV

Beləliklə, Britaniyada biznesini qurarkən Həbib Hüseynzadə nədən digərinə deyil, məhz Morqan Filipsə müraciət edib sualınıncavabı aydın olur. Qeyd edək ki, Morqan Filips hələ də “Pinnacle West Limited” şirkətinin direktorlarından biridir və onu Həbib Hüseynzadə ilə birlikdə idarə edir.

Amma Həbib Hüseynzadə M.Filipsin biznesə dəstək verdikləri Azərbaycan vətəndaşlarının yalnız biridir. Rüfət Qasımov “Sun Property Development Limited” şirkətini, Ər Toğrul Musayev isə “RS Twenty 2 limited” şirkətini Morqan Filipsin iştirakı ilə qurub.

Britaniyadan Abu-Dabiyə qədər uzanan Həbib Hüseynzadə imperiyası

Həbib Hüseynzadə özəl biznesdə iştirakının çevrəsi Britaniya suları ilə məhdudlaşdırmır, – Abu Dabi (Birləşmiş Ərəb Əmirlikləri) sahillərinədək gedib çıxır. O, burada neft və qaz investisiyalarının rəqəmsal aktivlərə çevrilməsi məqsədilə yaradılan “Permian Holding SPV Ltd” şirkətinin müstəqil direktorudur. Bu şirkət Şərqi Texasda (ABŞ) kəşfiyyat və hasilatla məşğul olan bir Kanada şirkətində ümumi paya sahibdir.

Həbib Hüseynzadə həm də avtomobil həvəskarıdır. O, hər ikisi “090” nömrəsi daşıyan “Chevrolet Camry” və “Audi S7” minik avtomobillərinə sahibdir.

Həbib Hüseynzadənin avtomobili
Həbib Hüseynzadənin avtomobili
Mənbə: Meydan.tv

Bir çox ekspertlər dövlət qurumlarında yüksək vəzifə tutan şəxslərin ailə üzvlərinin rəsmi gəlirlərindən qat-qat artıq məbləğlərlə ifadə oluna bilən həyat tərzi keçirməsini yaşamasını 2005-ci ildə qüvvəyə minən “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qanunun işləməməsi ilə izah edirlər.

Bu qanun dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərlərinə, yəni həm də “Bakı Metropoliteni” QSC-nin İH sədri Zaur Hüseynov cənablarına da şamil olunur. Qanunun işləməsini əngəlləyən Nazirlər Kabinetinin məmurların təqdim etməli olduqları bəyannamənin formasını hələ də təsdiq etməməsidir.

Ekspert rəyi

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, Azərbaycan Avropa məkanında vəzifəli şəxslərin gəlirləri bəyan edilməyən yeganə ölkədir. “Bizim QHT 2013-cü ildə beynəlxalq təcrübəni nəzərə almaqla gəlir bəyannaməsinin formasının layihəsini hazırlayıb Nazirlər Kabinetinə təqdim etdi. Oradan sənədi Vergilər Nazirliyinə göndərdilər. Nazirlik bizə cavab verdi ki, “təklifiniz nəzərə alınacaq”.

Bununla belə, Ə.Nuriyev düşünür ki, korrupsiyaya qarşı mübarizədə məmurların gəlir bəyannaməsinin mövcudluğu “bütün dərdləri dərmanı deyil”. “Yəni, bununla korrupsiyanın kökünün kəsiləcəyini demək sadəlövhlük olar, amma bu, həmin istiqamətdə əhəmiyyətli alətlərdən biridir”.

Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair 2020-2022-ci illər üzrə Milli Fəaliyyət Planı (MFP) üzərində çalışır. Planın Yol Xəritəsini vətəndaş cəmiyyəti institutları hazırlayıb. Burada ən mühüm istiqamətlərdən biri şəffaflığın təmin edilməsi, o cümlədən vəzifəli şəxslər tərəfindən gəlir bəyannaməsinin təqdim edilməsidir.

Təkliflər arasında qeyd olunan qanunun müasir tələblərə uyğun olaraq yenidən işlənməsi də var. Ə.Nuriyev deyir ki, prosesə cəlb olunmuş QHT-lər bu bəyannamənin formasının qəbul edilməsi elə MFP-nin icrasının birinci ilinə tövsiyə ediblər.

“Təkliflər arasında maliyyə və əmlak amnistiyasının elan edilməsi də var. Gəlir bəyannaməsinin təqdim olunması “müəyyən proseslərin” başlanmasına təkan verə bilər. Bunu önləmək və “yeni səhifədən başlamaq” amnistiyaya ehtiyac var. Əslində 1993-cü ildə Azərbaycanda “Varidata təminat verilməsi haqqında” Konstitusiya qanunu qəbul edilib və o qüvvədədir. Sadəcə, qanunu yeni şəraitə uyğunlaşdırmağa ehtiyac var”, – ekspert deyib.

“Bakı Metropoliteni” QSC-nin İH sədri Zaur Hüseynov oğlunun biznesində iştirakı barədə ona ünvanlanmış suala cavab verməyib.

Hafiz Babalı

Mənbə – Meydan.Tv

24saat.org

Paylaş:

Əli Həsənovun oğlu əsgərliyə getmədən hərbi bilet alıb?

Sonrakı Yazı »

Adil İsmayılov MTN və Baş Prokurorluğun qanunsuz əməllərini ifşa edir

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox