2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Həbib qalib gəldi, kəmər isə təqdim olunmadı – VİDEO

Döyüşdən sonra da dava düşdü, Həbibin meneceri həbs edildi

Las-Veqasda UFC 229 şousu çərçivəsində irlandiyalı Konor Makqreqor və rusiyalı Həbib Nurməhəmmədov arasında döyüş sonuncunun qələbəsi ilə bitib

https://youtu.be/m5Aw0nVx4KM

Nurməhəmmədovun üstünlüyü şəraitində keçən döyüşün sonu Makqreqorun təslim olması ilə başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Döyüşün sonunda Nurməhəmmədovla Makqreqor məşqçiləri arasında dava düşdüyündən, oktaqondan kənarda ara qarışıb. Hətta Makqreqoru da oktaqona daxil olub vuran olub.

Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Nurməhəmmədova təqdim edilməyib. Ancaq qalib kimi Həbib Nurməhəmmədov təqdim edilib.

Həbib Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov polislər tərəfindən həbs edilib. O, zalda tamaşaçılar arasında baş verən davadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Dava Birləşmiş Ştatların Las-Veqas şəhərində UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüşdən dərhal sonra başlayıb. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Nurməhəmmədova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Bununla yanaşı, rinqdə Nurməhəmmədovun mühafizəçilərindən biri ilə Makqreqor arasında da əlbəyaxa dava olub. Bütün bunlardan sonra irlandiyalı döyüşçü soyunub-geyinmə otağına aparılıb.
https://www.facebook.com/24saat.org/videos/2100509880277850/?t=0
Bu döyüş Nurməhəmmədovun 27-ci döyüşü olub. Rusiyalı idmançı karyerası ərzində heç vaxt uduzmayıb.

Makqreqor isə peşəkar rinqdə 21 döyüş keçirib. Bu onun dördüncü məğlubiyyətidir.

Qeyd edək ki, Makqreqor bu döyüşdən üç milyon dollar, Nurməhəmmədovun isə iki milyon dollar qonorar alacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button