2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbs olunan fəalın atası onunla görüşə bilmir

Yayımlandı: 21 İyul 2022 20:26

“Afrika cəngəlliyində yaşayırıq?!”

İyulun 20-də Nazirlər Kabinetinin qarşısında ölkənin quru sərhədlərinin açılması tələbilə keçirilən aksiyada saxlanılan və 30 sutka həbs cəzası alan Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Əziz Məmiyevin ailə üzvləri onunla görüşə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Meydan TV-yə onun atası İltifat Məmiyev məlumat verərək bildirib ki, iyulun 21-də Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə gedib. Lakin ona oğlu ilə görüşməyə icazə verməyiblər.

İltifat Məmiyev oğluna işgəncə verilməsindən şübhələnir. Düşünür ki, üzərindəki xəsarət izlərini görə bilməməsi üçün ona oğlu ilə görüşməyə imkan vermirlər:

“Deyirlər ki, karantindir, ona görə görüşmək olmaz. Hardadır karantin qadağası, göstərsinlər. Biz Afrika cəngəlliklərində yaşayırıq?! Deyirlər ki, dünən məhkəməsi olub. Bəs bu insanın ailəsinə bu haqda niyə məlumat verilməyib? Ailəyə məlumat verilməsi qanunda yazılıb. Burada sivil qanunlar işləmirsə, deməli, cəngəllikdir. Yəqin ki, işgəncə izlərinə görə görüşməyə qoymurlar. Bəlkə də dəyən zərbələrdən Əzizin daxili orqanları partlayıb, çox narahatam…”

İltifat Məmiyev hesab edir ki, oğlu ictimai-siyasi fəallığına görə cəzalandırılıb. Ata deyir ki, Əziz Məmiyev dinc aksiyaya gedərkən yolda zorakılıqla saxlanılaraq aparıb:

“Deyirlər ki, polisə müqavimət göstərib. Harda göstərdi, sübut qoysunlar ortaya. Konstitusiyada əks olunan fikir və söz azadlığı, sərbəst toplaşma azadlığı harda qaldı? Adamı buna görə həbs edərlər?”

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Əziz Məmiyevin döyülməsi haqda iddialar əsassızdır. Atasının onunla görüşünə icazə verilməməsinə gəlincə, nazirlikdən deyilib ki, görüşdən öncə mütləq DİN-ə müraciə olunmalı, razılıq alınmalıdır.

29 yaşlı Əziz Məmiyev haqqında iyulun 20-də Səbail Rayon Məhkəməsində 30 sutkalıq həbs qərarı çıxarılıb. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə inzibati xəta protokolu tərtib edilib.

Əziz Məmiyev saxlandıqdan sonra Post-Patrul Xidmətinin avtomobilində aksiyada digər saxlanılanlarla birlikdə aparılarkən çəkilmiş videogörüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntülərdə siyasi fəal polislərin aksiya iştirakçılarına qarşı elədiklərini tənqid edir:

“Siz qul, köləsiz. Saxta insanlara bizi söydürürsünüz. Vaxt gələcək siz imdad diləyəcəksiniz. Bu, nə yaşayışdır siz yaşayırsız?”

Əziz Məmiyevin bu fikirlərinə görə cəzalandırıldığı ehtimal edilir.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button