Loading...
Loading...
Xəbərlər

Həbsdə olan bloger həbsxanaya köçürülüb

Bakı/29.12.21 Mühakimə olunmuş bloger Aslan Qurbanov dekabrın 23-də 10 saylı cəzaçəkmə müəssisəsindən Qobustan qapalı həbsxanasına köçürülüb. Bu barədə Turan agentliyinə onun atası Azad Qurbanov məlumat verib.

Atanın sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Aslan növbəti 2 ili həmin həbsxanada keçirməlidir.

Məhkəmənin bu qərarı hansı əsasla çıxardığı məlum deyil.

Aslan Qurbanov 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib, dövlət əleyhinə və millətlərarası ədavətə çağırışlarda (Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələri) ittiham olunub. Məhkəmə onu 7 il müddətinə azadlıqdan məhrum edib.

Atanın sözlərinə görə, Aslan talışların müdafiəsilə bağlı çağırışlar dərc edib. “Sosial şəbəkələrdə onun bəzi statusları  emosional görünə bilər, amma o, həmişə vətəninə sadiq olub”, – atası qeyd edib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. -0-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button