2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsdəki icra başçısının vəkili narazıdı: “Bu məsələdə onun taleyi həll olunur”

İyunun 10-da hakim Azər Paşayevin sədrliyilə keçirilən məhkəmə iclasında sabiq icra başçısının vəkili Elmar Kərimov etiraz edərək deyib ki, aktlarda dəymiş ziyanın məbləği təqribi yazılıb. Vəkil bu üzdən məhkəməyə maliyyə mütəxəssisi çağırılmasını və yazılan rəqəmlərə aydınlıq gətirilməsini istəyib.

“Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur. Təqribi rəqəmlərlə ittiham vermək olmaz. Aktı tərtib edən mütəxəssis gəlməli, yoxlamada aşkarlanan çatışmazlıqların haradan əldə edildiyini izah etməlidir. Mütəxəssis nöqsanları dəqiq izah eləməlidir. Mənimsənilən məbləğ nədirsə, o rəqəmi əsaslandırsın”, – vəkil bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Cinayət işinin materiallarında, o cümlədən yoxlama aktlarında iddia olunur ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə rayondakı təhsil müəssisələri, bağçalar və başqa qurumlarda külli miqdarda vəsaitin xərclənməsi görüntüsü yaradılaraq, əslində isə mənimsənilib.

Vəkil vurğulayıb ki, rəqəmlər arasında çox böyük fərq var. Onun sözlərinə görə, məsələn, aktda İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasına ayrılmış vəsait bir yerdə 5 milyon 685 min 699 manat, bir yerdə 4 milyon 493 min manat başqa bir yerdə isə 4 milyon 898 min manat göstərilib:

“Biz bu rəqəmlərin hansını əsas götürək? Ekspertin rəyi dəqiq olmalıdır. Rəqəmlərin dəqiq əsaslandırılması üçün mütəxəssis prosesə gəlməlidir. Hesablama hansı üsulla həyata keçirilib?”

İyunun 13-də keçiriləcək növbəti məhkəmə iclasında İmişli rayonu ərazisində aparılan tikinti işlərinə ayrılmış və xərclənmiş vəsaitlərlə bağlı akt tədqiq ediləcək.

Vilyam Hacıyev 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, uzun müddət DTX-nın istintaq təcridxanasında saxlanılıb. Məhkəmə başlayanda Bakı İstintaq Təcridxanasına köçürülüb. Sabiq icra başçısı bir müddət əvvələ qədər Müalicə Müəssisəsində saxlanılırdı.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button